Steam Deck ilə oyunlar yarıda qalmır.Oyun həyəcanı hər yerdə sizinlədir.

İcmallar

Salam, dostlar!

Bu gün sizə Steam Deck-dən danışacam.

Steam Deck nədir?

Steam Deck Valve tərəfindən təqdim edilmiş dünyanın ən güclü, tam funksiyalı oyun kompüteridir. Əl oyunları üçün optimallaşdırılmış xüsusi APU-nu yaratmaq məqsədilə Valve AMD ilə birlikdə hazırlayıb. Zen 2 + RDNA 2 güc mərkəzidir və ən son AAA oyunlarını idarə edəcək güc performansı təklif edir.

Switch-dən fərqli olaraq bu cihaz oyun konsolu deyil, "əl kompüteri" kimi tanıdılır. Valve bunun açıqlamasını belə verir ki, istifadəçilər Steam ƏS-nin əvəzinə istənilən əməliyyat sistemini quraşdıra bilərlər. Bu funksiya isə onu adi kompüterdən fərqləndirmir. Bundan əlavə şirkət bildirib ki, istifadəçilər Steam kitabxanalarından istifadə edə bilərlər. Mövcud oyunlar üçün isə ödəniş tələb edilmir.

İndi isə daha detallı baxış keçirək.

  • Cihazın 7 düymlük sensor ekranı var. Xüsusilə, kompüter oyunlarını Steam Deck-də oynayarkən bu funksiya əlavə rahatlıq yaradır. Cihaz çox erqonomikdir, əldə tutmaq, düymələri istifadə etmək çox rahatdır.
  • Artırılmış dəqiqlik və fərdi yanaşma imkanları sayəsində xüsusi sürətli FPS oyunlarını problemsiz oynaya bilərsiniz.
  • Steam Deck 3 fərqli yaddaş təklif edir: 64GB eMMC, 256GB NVMe SSD (daha sürətli) və 512GB NVMe SSD (ən sürətli). Yaddaşı artırmaq üçün 1 Terabayta qədər microSD kartı istifadə edə bilərsiniz.
  • Stereo dinamiklər və 2 ədəd mikrofon ilə oyun həyəcanını dostlarınızla paylaşa bilərsiniz.
  • Müxtəlif bağlantılar üçün WiFi, USB-C və Bluetooth var. Steam Deck-i siz, hətta televizora inteqrasiya edə bilərsiniz.

Steam Deck ilə oyunlar yarıda qalmır.
Oyunu dayandırmaq istədikdə Güc düyməsini sıxın, Steam Deck oyununuzu dayandıracaq və yuxuya gedəcək. Güc düyməsini yenidən sıxdıqda oyun qaldığınız yerdən davam edəcək.

Bir var Steam Deck, bir də var Steam Dock.
Dock xarici displeylərə, simli şəbəkəyə, USB qurğularına qoşulduqda Steam Deck-inizi dəstəkləyir. Cihaz uzun oyun seanslarında daha çox rahatlıq üçün dizayn edilib.

Beləliklə, Steam Deck ilə oyun həyəcanı hər yerdə sizinlədir.

Hələlik bu qədər, dostlar. Gələn icmala qədər sizinlə sağollaşıram!

 

 

 

Oxşar xəbərlər