Samsung Galaxy telefonları niyə yaxşıdır?

İcmallar

Samsung Galaxy ən yaxşı telefonlar arasında yer alır. Bunun səbəbi brendin hər il yeni smartfon ailəsini tanıtması, üstün texnologiyanı məhsullarında tətbiq etməsidir. Yeni smartfon axtarışındasınızsa, sizə də tövsiyəmiz Samsung Galaxy modellərini nəzərdən keçirməyinizdir. 

İstifadəçilər Samsung smartfonlarını niyə bəyənir?

Bunun bir sıra səbəbləri var. Onlardan biri brendin müştərilərinə geniş çeşiddə məhsul seçimi təqdim etməsidir. Samsung hər büdcəyə və hər istəyə uyğun telefon modelini təklif edir. Məsələn, siz Samsung Galaxy a52 (256GB) modelini ayda cəmi 75 manat ödəməklə əldə edə bilərsiniz.

Həmçinin Samsung smartfonlar güclü prosessor, yüksək RAM və daxili yaddaş, keyfiyyətli ekran ilə təchiz edilib. Bu xüsusiyyətlər onlardan rahat və sürətli istifadəni təmin edir.

Telefonun xüsusiyyətləri arasında yüksək keyfiyyətli kamera da diqqət çəkir. İstər ön, istər arxa kamera fərqli məkanlarda gözoxşayan fotolar çəkməyə imkan verir. Siz, hətta zəif işıqlı mühitdə belə istədiyiniz keyfiyyətdə fotoşəkillər əldə edə bilərsiniz. Samsung Galaxy-nin son modellərindən olan S23 Ultra öz optik zoom keyfiyyəti ilə görənləri heyrətləndirir desək, yanılmarıq. Aşağıdakı videonu izləyərək siz də əfsanəvi kameranın gücünü görə bilərsiniz.

İstifadəçilərin Samsung smartfonlarını bəyənməsinin digər bir səbəbi yüksək batareya tutumu və sürətli şarj xüsusiyyətidir. Hər hansı Samsung telefonunu siz bir dəfə tam şarj etməklə günboyu rahatlıqla istifadə edə bilərsiniz. Əgər telefonu şarj etməlisinizsə və vaxtınız azdırsa, sürətli şarj xüsusiyyəti köməyinizə çatacaq.

Bir çox Samsung smartfonları suya və toza davamlılıq sertifikatına sahibdir. Bu sertifikat həmin smartfonların fərqli mühitlərdə zərər görməyəcəyini təsdiq edir. Məsələn, yağışlı havada.

Bütün bunlarla yanaşı bu smartfonlar üz tanıma və barmaq izi skanerləri kimi qabaqcıl təhlükəsizlik xüsusiyyətləri ilə təchiz olunub. Bu xüsusiyyətlər həm telefondan istifadəni asanlaşdırır, həm də təhlükəsizliyi təmin edir.

Qiymət baxımından da Samsung smartfonları əlverişlidir. Samsung telefon qiymətləri geniş aralıqda dəyişir. Buna görə də hər alıcı öz büdcəsinə uyğun telefon modelini rahatlıqla tapa bilər.

Baku Electronics mağazalarından və ya saytından siz bəyəndiyiniz Samsung smartfonunu həm nağd, həm də hissəli ödənişlə əldə edə bilərsiniz.

Oxşar xəbərlər