Arxayın al! Məhsulun dəyişdirmə və geri qaytarma müddəti 30 günə uzandı.
Xəbərlər

Onlayn bakuelectronics.az saytından al, 30 gün müddətində istər dəyiş, istər geri qaytar.

Sənin üçün qaydaları dəyişdik. Məhsulu dəyişdirmə və qaytarma müddətini 14 yox, 30 gün etdik.

Daha bir yaxşı xəbərimiz də var. Prosesi sürətləndirmək üçün məhsulu dəyişdirmə və ya qaytarma nöqtələrini mağazalarda yaratdıq. Artıq servisə getməyinə ehtiyac yoxdur.
Dəyişdirmək istədiyin məhsul anbardadırsa, dərhal yenisi ilə əvəz edəcəyik.

Məhsulu dəyişdirmək və ya geri qaytarmaq üçün:

Addım 1
Məhsulun qaytarılması qaydalarını oxu və ya müştəri xidmətlərinə zəng et.
143-ə zəng edib əməkdaşlarımızdan geri qaytarma prosesinə aid addımları rahatlıqla öyrənə bilərsən.

Addım 2
Satınalma sənədini üzərində götür.
Geri qaytarma prosesinə başlaya bilməyimiz üçün qəbz və orijinal ödəniş prosesinə aid hər-hansı bir sübut lazımdır. Məsələn, zəmanət talonu.

Addım 3
Geri qaytarmaq istədiyin məhsula aid bütün aksesuarları götürdüyünə əmin ol.

Addım 4
Müştəri xidmət nöqtələrinə yaxınlaş.

Aşağıdakı mağazalarda yerləşən müştəri xidmət nöqtələrinə yaxınlaşaraq məhsulu dəyişdirə və ya geri qaytara bilərsən:

  • Azadlıq mağazası: 10:00 - 19:00, şənbə və bazar 10:00-17:00
  • Nərimanov mağazası: hər gün 10:00 - 20:00
  • Ukrayna dairəsi mağazası: 5 gün 10:00 - 18:00, şənbə 10:00-17:00 / bazar - qeyri-iş günü
  • Sumqayıt mağazası: 5 gün 10:00 - 18:00, şənbə 10:00-17:00, / bazar - qeyri-iş günü
  • İnşaatçılar mağazası: 5 gün 10:00-20:00, şənbə  10:00-17:00, / bazar - qeyri-iş günü

Xüsusi şərtlər:

  • Gigiyenik vasitə hesab edilən məhsullar (epilyatorlar, elektrikli təraş maşınları, fenlər, saç qurutma maşınları, fen fırçaları, saç maşaları, diş fırçaları və s.), istifadəçi hesabı aktivləşdirilmiş məhsullar, aktivləşdirilmiş/yenilənmiş/dəyişdirilmiş proqram təminatı olan məhsullar istisna olmaqla proqram təminatı, rəqəmsal kodlar, oyunlar, filmlər, musiqi (yazılmış disklər) geri qaytarıla və ya dəyişdirilə bilməz.
  • Apple məhsulları və aktivləşdirilmiş istifadəçi hesabları olan Xiaomi mobil telefonları geri qaytarıla və ya dəyişdirilə bilməz.
  • Qutudan çıxarılan bütün məhsullar sürətli diaqnostikadan keçirilir, məhsullarda hər hansı zədə olarsa, əlavə geri götürmə haqqı tətbiq olunur. Bəzi əşyalar (daşınmada yaran biləcək problemlərə görə) alıcının ünvanında diaqnostika olunmalıdır.
  • Paketsiz təhvil / Geri götürmə haqqı məhsul dəyərinin 5 %-ni təşkil edir. Diaqnostikadan sonra əlavə ödənişlər tətbiq oluna bilər.

Diqqət!

  • Məhsulu geri qaytararkən bütün orijinal, zədələnməmiş qablaşdırma və digər əlavələr də (təlimatlar, zəmanət kartları və orijinal paketə daxil olan digər əşyalar) qaytarılmalıdır.
  • Geri qaytarılan məhsulda çatışmayan əşyalar, qismən istifadə edilmiş komponentlər (printer mürəkkəbi, işlənmiş batareyalar və s.) və ya həddindən artıq istifadə əlamətləri aşkar edildikdə müvafiq məhsul yenidən satışa uyğun hesab edilmir. Bu zaman müvafiq geri götürmə haqqı tələbi və ya ümumiyyətlə geri qaytarmadan imtina mümkündür.

Qaytarma prosesi zamanı bəzi məhsulların əlavə diaqnostikaya ehtiyacı ola bilər, bu halda əlavə vaxta ehtiyac olması ilə bağlı sizə məlumat verilir. Diaqnostika bitdikdən dərhal sonra müştəri ilə yenidən əlaqə saxlanılır. Xatırlatmaq istərdik ki, əgər diaqnostika nəticəsində zavod qüsurları aşkar edilməsə və məhsulda həddən artıq istifadə əlamətləri müəyyən edilərsə, onu geri qaytarmaq və ya dəyişdirmək mümkün olmayacaq.

Oxşar xəbərlər