Nisyə alış

Nisyə alış prosesi
  • Məhsulu seçirsiniz.
  • Müraciət formasını doldurursunuz.
  • Ekspert rəy verir.
  • Məhsul sizindir.

Qeyd: Qiyməti 60 manatdan aşağı olan məhsullar nisyə alışa şamil edilmir.
Aylıq ödənişləri aşağıda qeyd olunan ödəniş terminallarından edə bilərsiniz.

Baku Electronics-də nisyə alış məbləğini necə öyrənmək olar?

Aldığınız məhsul üzrə qalıq borcunuzu bir neçə üsulla öyrənə bilərsiniz.

1. Hesab.az və ya e-pul.az portalları vasitəsilə
Addım 1: Hesab.az və ya e-pul.az portalına daxil olun.
Addım 2: “Mağaza kreditləri” bölməsini seçin.
Addım 3: Açılan pəncərədə Baku Electronics bölməsini klikləyin.
Addım 4: Müqavilə nömrəsi və doğum tarixi xanalarını doldurun. Məlumatlar ekranda göstəriləcək.

2. MilliÖn, eManat və ya Bank of Baku ödəniş terminalları vasitəsilə
Addım 1: MilliÖn, eManat və ya Bank of Baku ödəniş terminallarında “Mağazalar şəbəkəsi” bölməsinə daxil olun.
Addım 2: Açılan pəncərədə Baku Electronics bölməsini klikləyin.
Addım 3: Müqavilə nömrəsi və doğum tarixi xanalarını doldurun. Məlumatlar ekranda göstəriləcək.

3. ABB və ya Bank of Baku tətbiqi vasitəsilə
Addım 1: ABB və ya Bank of Baku tətbiqində “Ödə” bölməsinə daxil olun.
Addım 2: “Kredit” xanasını klikləyin, açılan bölmədə Baku Electronic-i seçin.
Addım 3: Müqavilə nömrəsi və doğum tarixi xanalarını doldurun. Məlumatlar ekranda göstəriləcək.

4. Baku Electronics filiallarında “Kassa və kredit” bölməsinə yaxınlaşın. Ad, soyad, mobil nömrə və ya vəsiqə məlumatlarını təqdim edin. Sizə ödəniş haqqında məlumat təqdim ediləcək.

5. 143 qısa nömrəsi ilə əlaqə saxlayın və operatora ad, soyad, mobil nömrə və ya vəsiqə məlumatlarını təqdim edin. Sizə ödəniş haqqında məlumat veriləcək.

Qeyd 1: Müqavilə nömrəsi məhsulun alışı zamanı sizə təqdim edilən müqavilənin ilk səhifəsində qeyd edilir. Nümunə: BL123456
Qeyd 2: Açılan pəncərədə məhsulun alışı zamanı qeyd olunan ilkin borc və aylıq məbləğlər qeyd edilir.