Qiymətlərimizə ikiqat zəmanət veririk!

Xəbərlər

Bəyəndiyiniz məhsulu aşağı qiymətə tapsanız, fərqin iki qatını geri qaytarırıq!

Məhsulu bəyənmisiz, amma daha aşağı qiymətə taparam deyə düşünürsüz?

Düşünməyin, çünki biz qiymətlərə ikiqat zəmanət veririk. Almaq istədiyiniz məhsulu aşağı qiymətə tapsanız, həm fərqi qaytarırıq, həm də fərq qədər keşbek veririk.

Alış-verişin qalibi olmaq istəyirsinizsə, Baku Electronics-ə gəlin!

İkiqat zəmanət haqqında ətraflı məlumat əldə etmək üçün şərtlərlə tanış olun.

  • İKİQAT ZƏMANƏT-in ŞƏRTLƏRİ
  •  “İkiqat zəmanət” satışdan öncə və ya cari satış tarixi müddətində müraciət etmiş və şirkətin loyallıq proqramında iştirak edən istehlakçılara tətbiq edilir.
  • “İkiqat zəmanət” nağd, hissəli və taksitli (rəqiblə eyni şərtlər saxlanılmaqla) satışlara ödəniş tiplərindən asılı olmayaraq şamil edilir.
  • Layihə cari aksiya şərti ilə alınan yekun qiymətlə rəqib qiyməti arasındakı fərqə tətbiq edilir. Bu halda alıcı fərqin 100 %-i qədər endirim və fərqin 100 %-i qədər keşbek qazanır.
  • İstisna hallar aksiya elanı ilə müəyyən edilir.
  • Rəqib şirkətin regionlara özəl aksiya şərtinin tətbiqi nəticəsində yaranmış fərqə görə kompensasiya yalnız həmin region (rayon, şəhər nəzərdə tutulur) mağazalarında tətbiq edilir.
  • İstehlakçı bir məhsuldan yalnız 1 (bir) ədəd ala bilər (ev əşyaları kateqoriyasına aid boşqab, fincan və ya digər komplekt şəklində satışı həyata keçirilən məhsullar istisnadır).
  • İstehlakçıya kompensasiyanın təqdim edilməsi üçün məhsula müəyyən edilən tələblər aşağıda sadalanıb:
    - Tamamilə eyni olmalıdır (modeli, rəngi, komplektasiyası və s.);
    - Tam komplektasiyalı olmalıdır;
    - Normal satışa yararlı olmalıdır (qüsurlu və ya standart satışa yararlı olmayan məhsul olmamalıdır);
  • İstehlakçı tərəfindən təqdim olunan qiymət fərqi aşağıda sadalanmış mənbələrin hər hansı birindən sübuta yetirilir:
    - Rəsmi veb-sayt;
    - Sosial şəbəkədəki rəsmi səhifə;
  • Rəqibə məxsus mənbələrdə qiymət fərqinin cari tarixə uyğun olması və məhsulun stokda mövcudluğu mütləqdir.
  • Bu layihə üzrə satışı həyata keçirilən məhsula standart hesablanan keşbek şamil edilmir. 
  • Standart keşbek məbləği bu layihə çərçivəsində təqdim edilmiş şərtlərdən daha yüksək olarsa, istehlakçı seçimi əsasında bu layihənin özəl şərti və ya standart satış tətbiq edilir.
  • Veb-saytdan sifariş verdikdə “Əlavə şərh” bölməsində rəqibin rəsmi veb-saytından və ya sosial şəbəkələrdən müvafiq link və ya rəqibin adı, malın modeli və qiyməti qeyd edilməlidir.
  • Çağrı mərkəzi və ya sosial şəbəkə vasitəsilə sifariş verdikdə rəqibin adı, məhsulun modeli və qiymətini qeyd edilməlidir.
  • Mal qaytarıldığı halda qaydalara uyğun olaraq layihə nəticəsində qazanılan keşbeklər qaytarılır və ya istifadə olunduğu halda əvəzi ödənilməsi təmin edilir.
  • Kampaniya qaydaları əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

Oxşar xəbərlər