Baku Electronics İmişlidə yeni mağazasını açdı!

Xəbərlər

Ötən həftə Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsi Baku Electronics, İmişli rayonunda yerləşən mağazasının açılış mərasimini qeyd edib. 
Tədbir rəhbərliyin və İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəliyinin çıxışlarından ibarət rəsmi hissə ilə başlayıb. Daha sonra əyləncəli şou proqram və interaktiv hissə ilə davam edib.
Açılış tədbirində tədbirə gələn rayon sakinləri bir-birindən maraqlı elektronik hədiyyələr qazanıblar. 

Xatırladaq ki, onlarla dünya brendlərinə məxsus yüzlərlə keyfiyyətlli məhsullar əla endirim fürsətləri ilə yeni açılan İmişli mağazasında müştəriləri gözləyir. 
Belə ki, mağazanın açılışına özəl olaraq oktyabrın 22-dək 50%-dək endirim, faizsiz, komissiyasız, 18 ayadək hissəli ödəniş imkanı alıcıları gözləyir. 

Xatırladaq ki, Baku Electronics 29 ildən artıqdır ki, alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir. 
Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi, Dyson, DivaneV və onlarla digər dünyaca tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
Ətraflı məlumat üçün 143 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

 

 

Oxşar xəbərlər