Baku Electronics 27-ci mağazasını açdı.

Xəbərlər

Ötən həftə Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsi Baku Electronics Lənkaran şəhərində (Həzi Aslanov Xiyabanı 62) ikinci, sayca isə 27-cı mağazasının açılış mərasimini qeyd edib.

Tədbir rəhbərliyin, yerli və xarici qonaqların çıxışlarından ibarət rəsmi hissə ilə başlayıb. Daha sonra  əyləncəli şou proqram və interaktiv hissə ilə davam edib. Mügənni Azad Şabanovun çıxışı isə tədbiri daha da yadda qalan və əyləncəli edib.

Tədbirdə Baku Electronics şirkətinin rəhbərliyi, Lənkaran şəhər İcra Hakimiyyətinin nümayəndəsi və Samsung brendinin regional rəhbəri açılış nitqi ulə çıxışlar edib.

İki mərtəbədən ibarət olan mağazada dünyanın ən məhşur brendlərinin böyük və kiçik məişət avadanlığlarını, televizor, mobil telefonlar və planşetlərini, qab-qacaq, tava-qazan və digər məhsulları əldə etmək mümkündür.

Xatırladaq ki, Baku Electronics artıq 27 ildir alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir. 

Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyada tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 27 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı fəaliyyət göstərir.

Baku Electronics-in  bütün kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini  qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik.

 

Oxşar xəbərlər