Müştəri kartı
Keşbek hesablanması
Yenilənmiş Müştəri kartı sizi bizə, bizi sizə bağlayır!

Hər alışın 1% məbləği müştəri kartına geri qayıdır

Ödənişdə istifadə et, ya da topla, istədiyini al.

Müştəri kartı sahiblələrinə xüsusi kampaniyalar
Kart qeydiyyatı
İstifadə şərtləri
Baku Electronics müştəri kartlarının istifadə qaydaları
- Terminlər
- Müştəri kartı - “Baku Electronics” MMC-nin müştəri loyallıq proqramına üzvlük kartıdır.
- Müştəri – “Baku Electronics” MMC-nin loyallıq proqramında qeydiyyatdan keçmiş şəxs.
- Unikal pin kod – karta bağlı olan unikal kod.
- Ümumi şərtlər
- Müştəri kartı Baku Electronics şirkətinə məxsusdur və müştəri tərəfindən qorunması vacibdir.
- Müştəri kartını 18 yaşına çatmış fiziki şəxslərə könüllü və heç bir məbləğ ödəmədən əldə edə bilər.
- Proqramda iştirak etmək üçün müvafiq anketi doldurmaqla qeydiyyatdan keçmək tələb olunur.
- Anketdə göstərilən şəxsi məlumatlar müştəri tərəfindən qeyd edilməli və verdiyi məlumatların düzgünlüyünü imzası ilə təsdiqlənməlidir.
- “Baku Electronics” MMC-nin loyallıq proqramı çərçivəsində müştəriyə eyni zamanda iki və daha çox kart verilə bilməz.
- Müştərilər qeyd etdiyi əlaqə məlumatı vasitəsi ilə unikal pin kod əldə edir.
- Unikal Pin kod toplanan keşbeki xərcləmək üçün istifadə olunur.
- Baku Electronics MMC loyallıq proqramının şərlərində dəyişiklik hüququnu özündə saxlayır.
- Müştəri şəxsi məlumatlarının loyallıq proqramı daxilində istifadəsinə tam icazə verir.
- Müştəri reklam xarakteri daşıyan informasiyanın sms, elektron poçt və zəng vasitəsi ilə ona çatdırılmasına tam icazə verir.
- Aşağıdakı hallar baş verərsə, Baku Electonics loyallıq proqramına üzv olan müştərini üzvlükdən çıxartmaq hüququna malikdir:
- Şəxsi məlumatlarını düzgün qeyd etmədikdə;
- Düzgün olmayan yollarla kartına keşbek topladıqda - Keşbek hesabının ləğv edilməsi, itirilmiş kartın dublikatının çıxarılması və unudulmuş pin-kodun yenidən əldə edilməsi müraciət əsasında həyata keçirilir.
- Keşbek toplanma qaydası
- Ödəniş formasından (taksit kartlar xaric) və yerindən asılı olmayaraq müştəri etdiyi bütün alışların məbləğinin 1%-ini keşbek olaraq qazanır.
- Keşbek avtomatik olaraq kartın balansına daxil edilir.
- Qazanılan keşbek 14 gün sonra aktiv edilir.
- 1 (bir) keşbek 1 (bir) Azərbaycan manatına (AZN) ekvivalentdir.
- Keşbek hədiyyə edilmir və bir müştərinin keşbeki digər müştərinin kartına keçirilə bilməz.
- Keşbek pula dəyişmək mümkün deyil.
- Aksiya şərtlərinə müvafiq olaraq qazanılan keşbek həcmi fərqli ola bilə.
- Keşbek istifadə qaydası
- Müştəri aktivləşmiş keşbek ilə Baku Electronics-in pərakəndə və onlayn mağazalarında mal və xidmətləri qismən və ya tam şəkildə ödəyə bilər.
- Keşbek xronoloji ardıcıllıqla istifadə olunur. 1 (bir) il ərzində istifadə edilməmiş keşbek məbləği müştərinin keşbek hesabından silinir.
- Bir satışda yalnız bir müştərinin adına bağlı müştəri kartı istifadə oluna bilər.
- Kreditlə alış zamanı keşbek yalnız ilkin ödəniş kimi təyin edilmiş məbləğin ödənilməsində istifadə oluna bilər.
- Malların qaytarılması zamanı bu malın alınmasında hesablanmış keşbek müştərinin kart balansından silinir.
- Müştəri özünə məxsus keşbek qeri qanuni istifadə halları aşkarladıqda bu barədə dərhal Baku electronics-a məlumat verməlidir.
Yeniliklərə abunə ol
yalnız lazım olan kontent və gizli aksiyalar