Sizin Adam kimdir?

Xəbərlər

Yəgin ki, bu adamı Baku Electronics-in sosial mediya hesablarında bir neçə dəfə görmüsünüz. Bəs hamının marağına səbəb olan bu Sizin Adam kimdir?

Gəlin bu haqda elə onun özündən öyrənək.

Salam. Uzun müddətdir ki, elə də üzdə olmadan, görsənmədən sizin üçün çalışırdım amma artıq sizinlə yaxından tanış olmaq vaxtı gəlib çatdı.

Mən səyahət etməyi xoşlayır, çoxlu mütəliə edir, Netflix-də həftədə azı iki filmə baxıram. İdmanı isə heç vaxt buraxmıram.

Baku Electronics-də isə sizin istək və rəylərini nəzərə alıb müvafiq məsələlərə birbaşa təsir edirəm. Sizin üçün qiymətləri endirir, şərtləri yaxşılaşdırır, yeni filialların açılmasında, istənilən məhsulların satışa gətirilməsində sizin istəyinizə uyğun iştirak edirəm. Endirimdən razı qalmadığım zaman gedib müdirlə belə mübahisə edirəm! Hətta sizə daha yaxşı xidmət göstərmələri üçün şirkət əməkdaşlarına daim təlimlər keçirəm.

Çünki mən sizin tərəfinizdəyəm, çünki mən Sizin Adamam!

Hə, unutmadan mənim sevimli bir dostum da var ki, bütün səyahətlərimdə mənə yoldaşlıq edir və yanımdan ayrılmır. Amma hələ ki, adı yoxdur. Təklif edirəm ki, onun adını bu yaxın günlərdə elə siz özünüz qoyasınız.

Məni daha da yaxından tanımaq üçün səhifələrimizi izləmədə qalın!

Oxşar xəbərlər