iPhone 15 təqdim edildi.Yeni modeldə hansı dəyişikliklər olunub?

Xəbərlər

Apple həyəcanla gözlənilən təqdimatını həyata keçirdi və yeni məhsullarını təqdim etdi. Dünyanın hər yerindən diqqətləri üzərinə toplayan təqdimat mərasimində bir neçə fərqli məhsulun nümayişi keçirildi, ən çox marağı isə iPhone 15 seriyası özünə çəkdi.

Təqdimatda ilk öncə "Apple Watch 9" nümayiş etdirildi. "Apple Watch Series 9"un əsas fərqi S9 prosessoru ilə təchiz olunmasıdır. O, 8-ci seriya prosessordan orta hesabla 50 % daha sürətlidir. Təqdimatın növbəti qəhrəmanı isə "Apple Watch Ultra 2" oldu. Bu model də S9 prosessoru ilə təchiz olunub və əlavə olaraq "Double Tap" özəlliyinə malikdir. "Apple Watch Ultra 2"nin parlaq ekranı, hətta gecə də göz qamaşdırır.

Təqdimat gecəsinin qəhrəmanı əlbəttə ki, iPhone 15 oldu. Seriyanın dörd fərqli modeli təqdim edildi: “iPhone 15”, “iPhone 15 Plus”, “iPhone 15 Pro”, “iPhone 15 Pro Max”

iPhone 15 köhnə seriyadan nələrlə fərqlənir?

Hər kəsə maraqlı gələn məqam isə budur ki, yeni seriya əvvəlkindən hansı xüsusiyyətlərlə fərqlənir. Görəsən Apple yeni seriyada hansı xüsusiyyətlərə fokuslanıb?

  • Daha yüngül, daha rahat. “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modellərinin əsas fərqi korpusunun titandan hazırlanmasıdır. Əvvəlki seriyadakı paslanmaz poladı titanla əvəz edərək Apple daha yüngül modellərini təqdim etdi. Bundan əlavə Pro seriyasında səs tənzimləmə düyməsini müxtəlif funskiyaları yerinə yetirən düymə ilə əvəz etdi.
  • Yeni seriya ilə Apple Kimdə iPhone adapteri var?” sualına son qoydu. “iPhone 15” seriyasının bütün modellərini “Type-C” girişi ilə təchiz etdi.
  • İndi daha yaxındır. “iPhone 15 Pro Max” ın telefoto kamerası artıq 3X yox 5X yaxınlaşdırmanı dəstəkləyir. Digər Pro modeldə isə bu özəllik 3X olaraq qalır.
  • Ən böyük yenilik, ən güclü çip ilə “iPhone 15 Pro”“iPhone 15 Pro Max” fərqlənəcək. Apple yeni seriyada “Apple A17 Pro” çipindən istifadə etdi. Beləliklə, öz gücünü bir daha göstərmiş oldu.

Qeyd olunan əsas yeniliklərlə yanaşı yeni seriyada istifadəçiləri A16 prosessor, 2000 nit parlaqlıq, 48MP-lik kamera gözləyir.

Yeni iPhone 15 modelləri TEZLİKLƏ Baku Electronics-də satışda olacaq. Qiymətlər və sizi maraqlandıran digər suallara cavab tapmaq üçün bizi izləyin!

 

Oxşar xəbərlər