Baku Electronics 29-cu mağazasını açdı!

Xəbərlər

Ötən həftə Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsi Baku Electronics,  Nizami rayonu Qara Qarayev prospekti 74Q ünvanında yerləşən Neftçilər mağazasının möhtəşəm açılış mərasimini qeyd edib.

Tədbir rəhbərliyin çıxışlarından ibarət rəsmi hissə ilə başlayıb. Daha sonra əyləncəli şou proqram və interaktiv hissə ilə davam edib. Mügənni Cinin çıxışı isə açılışı daha da yadda qalan və əyləncəli edib.

Neftçilər metrosu yaxınlığında yerləşən mağazada dünyanın ən məhşur brendlərinin böyük və kiçik məişət avadanlığlarını, televizor, mobil telefonlar, planşetlərini və minik vasitələrini sərfəli şərtlərlə əldə etmək mümkündür.

Xatırladaq ki, açılışa özəl olaraq iyul ayının 31-nə kimi müştəriləri inanılmaz fürsətlər gözləyir.

Belə ki, mağazanın açılışı münasibəti ilə bütün məişət texnikası, televizorlar və kondisionerlər ilkin ödənişsiz, komissiyasız və 18 ay faizsiz kreditlə alıcılarını gözləyir.

Müştərilər indi Samsung UE32T4500AUXRU televizor modelini ilkin ödəniş etmədən, komissiya ödəmədən, tam 18 ay faizsiz kreditlə ala bilərlər.

Noutbuk, aksessuar və minik vasitələri əldə etmək istəyənlər indi istədikləri məhsulları ilkin ödənişsiz və 18 ay faizsiz kreditlə əldə edə biləcəklər.

Bundan əlavə mobil telefonlar və planşetlər isə ilkin ödənişsiz və faizsiz 12 ay kreditlə təklif olunur.

Bu o deməkdir ki, müştərilər indi Samsung Galaxy S22 modelini ilkin ödəniş etmədən və 12 ay boyunca heç bir faiz ödəmədən əldə edə bilərlər.

Apple sevərlər isə ilkin ödənişsiz və faizsiz 12 ay kreditlə sevimli məhsullarına qovuşa bilərlər.

Yeniliklər bununla bitmir, 500 manatdan yuxarı nağd və taksitlə alış edənlərə isə Tefal çayniki hədiyyə ediləcək.

Nəğd alış etmək istəyənlərə isə 50 %-dək endirim təklif olunur.

Xatırladaq ki, Baku Electronics artıq 28 ildir alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir

Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyada tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 28 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı və əlaqə üçün 143 qaynar xetti fəaliyyət göstərir.

Baku Electronics-in  bütün kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik.

https://www.linkedin.com/company/bakuelectronics/

https://www.instagram.com/bakuelectronics.az/

https://www.facebook.com/Bakuelectronics.MMC/

https://www.youtube.com/user/BakuElectronicsMMC

https://www.tiktok.com/@bakuelectronics

Oxşar xəbərlər