Baku Electronics “Qoparma bənövşəni” sloqanı alrında “Bənövşə” layihəsinə start verib.
Hər il Azərbaycanda 15-17 yaş aralığında minlərlə qız uşağı erkən evliliyin qurbanı olur. Onlar ailələrin təzyiqi ilə erkən nikaha məcbur edilir. İllər keçdikcə bu say azalsa da, hələ də ölkəmizdə erkən nikah hallarının tam qarşısı alınmayıb. Xüsusilə də regionlarda erkən nikah hallarına daha çox rast gəlinir. Erkən yaşda evliliyin qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Baku Electronics 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində“Bənövşə” korporativ sosial məsuliyyət layihəsinə start verib. Layihənin məqsədi qızların erkən nikaha cəlb edilməsinin qarşısının alınması və cəmiyyətdə bu mövzuda təfəkkür formalaşdırılmasıdır. Erkən nikah hallarının azaldılması üçün cəmiyyətdə fərqindəliyi artırmağa yönəldilmiş layihə uzunmüddətlidir. Baku Electronics “Bənövşə” layihəsini il boyu davam etdirməyi və layihə çərçivəsində fərqli tədbirlər keçirməyi düşünür.
Erkən nikahlar cəmiyyətimizi gələcəyimizdən qoparır. Daha rəngli gələcək üçün bənövşələri qoruyaq!