Endirimlər bayrama hazırdır!

Xəbərlər

Bəs sən bayrama hazırsan? Əgər hazır deyilsənsə, xəbərin olsun Baku Electronics-də elektronika məhsullarında 50 %-dək, ev əşyaları və mebellərdə 70 %-dək endirimlər var. Üstəlik endirimli qiyməti 3 aya bölüb ödəyə də bilərsən. Bayram hədiyyəsiz olmaz. Ona görə ev əşyaları və mebellərdə 200 AZN-dən yuxarı alış-verişlərdə hədiyyəmiz də olacaq.

Bəs bayram hazırlığında hansı məhsulları ala bilərsən? Stolun üstünə qoymağa şam, boyamaq üçün yumurta, bəzək üçün səməni. Amma yəqin ki, bunları artıq almısan. Ona görə sənə bayram hazırlığında kömək edəcək, hazırda sərfəli qiymətə və şərtlərə sahib olan məhsullar barəsində məlumat verək.

Bayram hazırlığı deyəndə ilk yada düşən, əlbəttə, şəkərbura-paxlava olur. Şəkərbura-paxlava bişirmək üçün isə sənə soba lazımdır. Bunun üçün Schaub Lorenz soba ideal seçim olacaq.

Deyək ki, şəkərbura-paxlava bişirdin. Bayram plovunu hazırladın. Qonaqlar gəldi. Bəs necə təqdim edəcəksən? Gərək bayram aurasını hiss etdirə biləcəyin qab-qacaq olsun. Onun üçün isə Tognana Moon əsl sən axtardığındır.

Bayram həm də təmizlik deməkdir. Bahar təmizliyində də sənə əsl köməkçi lazımdır. Onun üçün isə Tefal yanındadır. Tefalın elektrikli süpürgəsi bayram təmizliyində ən yaxın dəstəkçin olacaq.

Bayramda ailə, dostlar, qohumlar bir yerə yığışır. Bu anları isə selfisiz düşünmək çətindir. Sənə elə bir smartfon lazımdır ki, hər anın şəklini çəkə biləsən. Növbəti bayrama qədər doya-doya baxasan. Yaddaqalan selfilər üçün isə Xiaomi Redmi Note 13 Pro əla variantdır.

Günün sonunda isə ailə birlikdə televizora baxmağa hazırlaşır. Əyləncəli verilişlər, bayram konsertləri bayramı daha da yaxşı keçirməyə imkan verir. Bəs bu verilişləri, konsertləri yüksək keyfiyyətdə izləməyə nə deyirsən? Əlbəttə, istəyirsən. Sərfəli qiymət və keyfiyyəti ilə fərqlənən Yoshiro televizoru da bayram gecəsinin dadını tam çıxarmaq üçün olmazsa-olmazdır.

 

Belə, artıq bayrama hazırsan. Əgər tam hazır olmadığını düşünürsənsə saytımıza göz gəzdir. Hazırlığını tamamlamaq üçün sərfəli qiymət və şərtlərlə başqa məhsullar da tapa bilərsən. Son olaraq xatırladım ki, Novruz bayramı kampaniyası çərçivəsində elektronika məhsullarında 50 %-dək, ev əşyaları və mebellərdə 70 %-dək endirimlərimiz var. 31 marta qədər mağazalarımıza gəl, elektronika və ev əşyalarını 24 ayadək, cehizlik dəstləri isə 30 ayadək hissəli ödənişlə al. Həmçinin ev əşyaları və mebellərdə 200 AZN-dən yuxarı alış-verişlərdə hədiyyə də qazan. Biz bayrama endirimlərlə hazırıq, sən də alış-verişini bizdən et, bayrama tam hazır ol!

Oxşar xəbərlər