“Baku Electronics” Xaçmazda!

Xəbərlər

Elektronika və məişət cihazlarının öncül satış şəbəkəsindən olan “Baku Electronics” öz əhatə dairəsini genişlətməyə davam edir. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 21 C-də açılan yeni mağaza Xaçmaz şəhəri ilə yanaşı bir çox ətraf ərazidə yaşayan sakinlərə xidmət göstərəcək. Mağaza alıcıların bütün elektronika ehtiyaclarını ödəyə bilmək gücünə malikdir. Ən yeni elektronika və məişət cihazlarının bol çeşidini təklif edən mağaza ödəmə rahatlığı və endirimləri ilə alıcılara yüksək xidmət göstərməyi hədəfləyib. Qeyd edək ki, mağaza məhsul çeşidi və keyifiyyət baxımından paytaxt mağazaları ilə eyni göstəricilərə malikdir.

1994-cü ildən fəaliyyət göstərən “Baku Electronics” hazırda 60-dan çox xarici brendin rəsmi distribütorudur. “Baku Electronics”-in 17 mağazası fəaliyyət göstərir ki, bunlardan 7-si Bakı şəhərində digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə, Mingəçevir, Lənkəran, Şəki və Xaçmazdadır. Yaxın zamanda isə digər bölgələrdə yeni mağazaların açılışı gözlənilir.


Oxşar xəbərlər