TOP 5 NOUTBUK, iş, təhsil və oyun üçün

İcmallar

 

 

№1 <500₼
Acer Aspire 1
11.6 düymluq ekrana malik, yığcam, sadə və ən əsası qənaətli bir həlldir. Qiymət cəhətdən də ucuz smartfondan baha olmaması çox ürək açan faktordur.

№2 <1000₼
Lenovo S145, 15.6 düymluq ekran, 8-ci nəsil İntel Core i3 prosessor, 4GB operativ və 1 terabayt daimi yaddaşa malikdir.
Ofis proqramları, internetdə müxtəlif axtarışları və digər yüngül işləri görmək üçün qənaətbəxş noutbukdur.

№3 <1500₼
Acer Swift 3, incə və yüngül korpusu olsa da, buna baxmayaraq kifayət qədər güclü içalata malikdir.
Cari gün üçün sonuncu sayılan 10-cu nəsil Intel core i3 prosessorunu 4 gigabayt operativ və 1 terabayt daimi yaddaş dəstəkləyir.

№4 <2000₼
Bəli yenə də Lenovo, amma bu səfər daha güclü və sürətli.
Lenovo Ideapad 330 Daxilində olan İntel Core i7 prosessoru və 4gb-lıq Nvidia MX150 - qrafik kartı artıq bu notbukun professional işlər, yəni qrafik dizayn, videomontaj və oyunlar üçün yararlı olduğunu göstərir.
Ondan əlavə 16GB operativ yaddaş eyni anda bir neçə işi görməyinizi, 128 gigabaytlıq SSD sistemin cəld işini, 1 Terabaytlıq HDD isə fayllarınız üçün kifayət qədər yerin olmasını təmin edəcək.

№5 <3000₼
Acer Nitro 5, adından və görünüşündən də bəlli olduğu kimi sürət üçün yaradılıb.
Daxilində daha da sürətləndirilmiş 8-ci nəsil İntel Core i7 prosessoru və 6GB-lıq Nvidia Geforce GTX 1060 - qrafik kartı sizə bütün qapıları açacaq.
16 GB operativ və 128 GB SSD ilə 1 terabayt HDD növlü daimi yaddaşlar həmin qapıya qədər qırmızı xalçanı sərəcək.İstər ağır videomontaj, dizayn və 3D modelləşdirmə işləri, istərsə də müasir oyunları asanlıqla emal edə biləcək.

 

Oxşar xəbərlər