Düzgün fen seçiminə aparan 4 addım.

İcmallar

Fen seçimi xüsusilə xanımlar üçün diqqət tələb edən məsələdir. Uzun, qısa, qalın, incə, buruq, düz və s. kimi müxtəlif saç növlərinin hər biri fərqli yanaşma tələb edir. Bu günki bloqumuzda məhz sizə uyğun fen seçimini etməyinizə kömək edəcək 5 addımdan danışırıq.

1. Güc

                                            

İlk növbədə elə əsas məsələdən danışaq: Güc. Saç qurutma aparatı nə qədər yüksək vatla çalışsa saçınızı bir o qədər sürətli qurudacaq. İncə saçlı istifadəçilər 1500 vat ətrafı seçimlər edə bilərlər. Amma qalın və buruq saçlar üçün seçim minimum 1800 vat olmalıdır. Əks halda saç qurutma vaxtınız ikiqat artacaq. Saçınızı daha tez qurutmaq həm də saç, baş dərisi və saç köklərinə dəyən zərəri də azaldır.

 2. Başlıqlar

Saçları hamarlaşdırmaq üçün fen aparatınızda düz ağızlı başlıq əlavəsi olmalıdır. Bu başlıq hava axınının düzgün yönləndirilməsinə kömək edir. Nəticədə hava axını birbaşa düzləşdirmək istədiyiniz sahəyə vurulur. Əgər saçınızı düzləşdirmək əvəzinə buruqlaşdırmaq istəyindəsinizsə o zaman mütləq diffuzer başlıqlı fen alın.

3. Rejimlər

Fenin hansı güc/sürətlə çalışmasnı müəyyən edən rejimlərin saçlarınıza çox xeyri dəyəcək. Əksər hallarda saçdaki nəmliyin çox hissəsini yüksək parametrlə qurulayıb, saça forma vermə hissəsini minimal güclə tamamlamaq daha effektivdir. Xüsusilə də daha tez zədələnən, zərif saçlar üçün bu sistem yararlı olacaq. 

Eyni zamanda soyuq hava rejimi də lazımlı funksiyadır. Əgər saçınızın parlaq və sağlam görünməsini istəyirsinizsə saçınızı 80 faiz qurutduqdan sonra son mərhələni soyuq hava ilə tamamlayın.

4. Çəki

  

Seçəcəyiniz fenin çəkisi sizin istifadə təcrübənizə ciddi təsir göstərəcək. Bu ilk başda kiçik və əhəmiyyətsiz bir detal kimi görünsə də xüsusilə uzun saçlı istifadəçilər üçün əhəmiyyətlidir. Çünki ağır çəkili fenlər istifadə zamanı qolun tez yorulmasına və prosesin yarıda qalmasına səbəb ola bilər. Fen alarkən onun maksimal çəkisinin 450 qramı keçməməsinə diqqət edin.

Rowenta, Braun, Panasonic, Philips, Polaris və Babyliss kimi brendlərə aid fen və digər məhsulları bakuelectronics.az-dan sifariş edə və ya mağazalarımıza yaxınlaşaraq birbaşa əldə edə bilərsiniz!

Oxşar xəbərlər