Sizi istədiyiniz TV seçiminə aparan 3 addım!

İcmallar

İşdən yorğun gəlmisiniz. Biraz tv-yə baxıb dincəlmək istəyindəsiniz amma tv-nizin keyfiyyəti laiq olduğunuz bu hissi yaşamağınıza imkan vermir.

    Deməli yeni tv almaq vaxtı gəlib çatıb. O zaman sizi düzgün seçimə aparacaq üç əsas məqamla tanış olun.

1.Ölçü

Ümumi olaraq tv ölçüsü otağın ölçüsünə uyğun olmalıdır. Tv ilə aranızdaki məsafə 1.5m-i keçirsə 40 düym ölçü normaldır. 40 düymü keçmək üçünsə 2 metr məsafə optimaldır.

Əgər siz 40 düym və ya daha böyük ölçüdə bir tv axtarırsınızsa, 4K və ya daha üstün görüntü keyfiyyətinə sahib televizor alın. Bu ölçüdən sonra 1080p və ya 2K ölçülü cihazlarda keyfiyyətin ciddi enişini müşahidə etmək mümkündür. 40 düymdən aşağı ekranlar üçün 1080p və ya 2K yaxşı seçimdir. 4K qədər yaxşı olmasa da bu ölçülərdə piksel azlığı bir o qədər də seçilmir.

2. LED və ya OLED

        

Adətən LED tv-lər OLED-lərə nisbəttə ucuz olur. Bunun səbəbi isə bu tvlərin görüntü ötürmə üsulları arasındaki fərqdir.

LED panellər görüntünü ekrana arxadan vurulan işıq hesabına emal edir. OLED-lərdə isə hər bir piksel özü ayrılıqda işıq mənbəyidir. Yəni bu o deməkdir ki, OLED həm daha kəskin görüntülər verə bilir, həm də ümumilikdə daha işıqlı olur.

Qara rəng göstərməli olduqda LED həmin rəngi müvafiq piksellər daxilində emal etməli olduğu halda, OLED ekran sadəcə həmin hissədəki pikselləri söndürür.

         Nəticə etibarı ilə OLED daha keyfiyyətlidir və ümumilikdə həm də daha qənaətcildir. Amma hansısa səbəbə görə mütləq şəkildə LED panel seçimi etmək istəyirsinizsə, görüntü keyfiyyətinin minimum 2K olması filmləri və tv proqramları zövqlə izləməyinizə imkan yaradacaq.

3. Tezlik sürəti və HDR uyğunluğu

TV-ləri bir-birindən ayıran əsas xüsusiyyətlər sözsüz ki, tezlik sürəti və HDR funksiyasıdır. HDR görüntüdəki ən parlaq və ən solğun hissələri ənənəvi üsul əvəzinə insan gözünün ən yaxşı formada qəbul edəcəyi hala gətirir. HDR funksiyası olan və olmayan tv-lər arasındaki fərq aydın şəkildə seçilir. Əgər bu fərqi görmüsünüzsə artıq seçiminiz bəllidir. Əgər görməmisinizsə mağazalarımıza yaxınlaşıb keyfiyyət fərqini öz gözünüzlə görə bilərsiniz.

Yeniləmə sürətinə gəldikdə isə 60 və ya 90 Hz tezlik yaxşıdır, lakin 120 Hz daha yaxşıdır. Daha yüksək yeniləmə dərəcəsi film və şoulardan tutmuş canlı idman və oyuna qədər hər şey üçün daha hamar görüntü təmin edir. HDR kimi yeniləmə sürəti də bir baxışla aydın şəkildə seçilir.

Baku Electronics mağazalar şəbəkəsində LG, Samsung, Nikai, Panasonic, Sony və YOSHIRO brendlərinə aid televizorları sərfəli şərtlərlə əldə edə bilərsiniz.

Oxşar xəbərlər