TECNO Spark 10 Pro smartfonu hansı xüsusiyyətlərə sahibdir?

İcmallar

Bu bloqda münasib qiyməti ilə fərqlənən Tecno Spark 10 Pro smartfonunun xüsusiyyətlərinə nəzər salacağıq.

Dizayn

Telefon qəşəng dizaynı ilə elə ilk baxışdan diqqət çəkir. Smartfonun kənarları ovaldır. Arxa panel şüşədir və barmaq izi saxlamır.

Ekranı böyükdür və yaratdığı rənglər canlıdır. Bu özəllik xüsusilə video məzmunları izləyərkən rahatlıq yaradır. Ekran 90 Hz yeniləmə tezliyinə sahibdir, yəni kifayət qədər sürətlidir.

NFC texnologiyası və barmaq izi skaneri çox sürətlidir. Köhnə telefonunuzdan faylları Tecno Spark 10 Pro-ya yükləmək üçün sadəcə bir neçə dəqiqəyə ehtiyacınız var.

Kamera göstəriciləri

Tecno Spark 10 Pro 32 meqapiksellik ön kamera və 50 meqapiksellik arxa kamera ilə aydın fotoşəkillər yaradır. Hər iki kamera doğru rənglərdə və ən yüksək kəskinlikdə əla şəkillər çəkir.

Batareya

Tecno smartfonları yüksək batareya ömrü ilə tanınır, Spark 10 Pro da 5000 mAH-lik batareya ilə qarşılaşırıq. Telefonu 3 gün şarj etmədən aktiv istifadə edə bilərsiniz.

Tecno Spark 10 Pro modelinin əsas üstünlüyü qiymətinə görə yüksək yaddaş göstəricilərinin olmasıdır. Smartfon 8 GB operativ yaddaşa və 256 GB quraşdırılmaış yaddaşa sahibdir.

bakuelectronics.az saytından bəyəndiyiniz Tecno smartfon modelini ayda 12 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Oxşar xəbərlər