Bu gün sizə yeni smartfon haqqında danışacam. Bu Techno CAMON 19 Pro-dur.

İcmallar

Hər kəsə Salam!

Bu gün sizə yeni smartfon haqqında danışacam. Bu Techno CAMON 19 Pro-dur.

Bazara yeni daxil olan Techno münasib qiymət və əlverişli xüsusiyyətləri ilə bütün gözləri üzərinə cəlb edir.

İlk öncə istəyirəm telefonun dizaynı barədə danışım. Mən Techno-nun dizaynını çox bəyəndim. İncədir, çərçivələri nazikdir və ekranı böyükdür. Arxa hissədə yerləşən 2 kamera çıxıntılıdır. Kameraların çıxıntılı olmasına baxmayaraq telefon zərifliyini saxlayır. Əldə tutulması rahatdır.

Texniki xüsusiyyətlərinə baxsaq, ekran görüntü keyfiyyəti 1080*2460 pikseldir. CAMON 19 Pro-nun ekranı 6.8 düymdür, 120 Hz tezliyə sahibdir. Ekran FHD+ -dır. Techno-da çox bəyəndiyim bir digər xüsusiyyət ekrandan gələn mavi işıq dağlalarının azaldılması sertifikatının olmasıdır. O həm də gözlərimizin qayğısına qalır J

Telefon multitaskinq üçün çox əlverişlidir. Helio G96 əməliyyat sistemi ilə təchiz edilib. RAM-ı 8GB, daxili yaddaşı 128GB və ya 256GB-dır.

Kamera xüsusiyyətləri olduqca yaxşıdır. Ön kamera 32 MP dəyərindədir. Əsas kamera isə 64MP-dir. Lensləri şüşədir və optik şəkil tənzimləmə özəlliyi var.

Batareya tutumu 5000mAh-dır. Bu o deməkdir ki, günboyu telefonu rahatlıqla istifadə edə bilərsiniz.

CAMON 19 Pro smartfonunda fərdi tənzimləmə xüsusiyyəti var. Belə ki, siz telefonda özünüzə uyğun istifadəçi interfeysi yarada bilərsiniz.

Techno qablaşdırmada adapter və qulaqcıq yerləşdirərək istifadəçilər üçün daha bir jest edib. Hətta smartfonun üzərində qoruyucu ekran örtüyü də hazır gəlir.

Bu gün sizə Techno CAMON 19 Pro smartfonu haqqında danışdım. Smartfonda bəyəndiyiniz xüsusiyyətləri şərhdə bölüşməyi unutmayın

Hələlik!

Oxşar xəbərlər