Xiaomi smartfonu almaq üçün 3 səbəb

İcmallar

Xiaomi-ni istehlakçıların sevimli brendi adlandırsaq, yanılmarıq. Xiaomi smartfonları bazara daxil olduqdan qısa zaman sonra geniş istifadəçi auditoriyası qazanıb. Buradan belə qənaətə gəlirik ki, şirkət bazara daxil olmazdan öncə istehlakçı istəklərini yaxşı araşdırıb. Bu yazımızda Xiaomi smartfonlarını almaq üçün 3 əsas səbəbdən danışacağıq.

  1. Münasib qiymət.

Xiaomi smartfonlarının ən böyük üstünlüklərindən birincisi qiymətlərinin münasib olmasıdır. Məsələn, bakuelectronics.az veb-saytından siz ayda 20 manatdan başlayan qiymətlərlə Xiaomi smartfonu əldə edə bilərsiniz. Brend eyni xüsusiyyətlərə sahib digər smartfonlarla müqayisədə öz telefonlarını daha aşağı qiymətə təklif edir. Bu isə sərfəli qiymətə keyfiyyətli smartfon axtarışında olan alıcılar üçün əla seçimdir.

  1. Keyfiyyət

Xiaomi smartfonlar aşağı qiymətə yüksək keyfiyyət vəd edir. Smartfonlar güclü batareya, keyfiyyətli kamera, istifadəsi asan interfeys ilə təchiz olunub. Xiaomi smartfonu istifadəçilərindən soruşsanız, telefonu illərdir istifadə etdiklərini eşidəcəksiniz. Bu smartfonlar həm də fiziki baxımdan dözümlüdür. Cızılma və zədələr onlarda demək olar ki, problem yaratmır. Aşağı qiymətə belə keyfiyyət alıcılar üçün əvəzedilməz təklifdir. Məhz buna görə də Xiaomi smartfonları qənaətcil istehlakçıların sevimli məhsullarıdır.

  1. Məhsul çeşidi

Xiaomi həm qiymət, həm də məhsul çeşidi baxımından fərqli istehlakçı ehtiyaclarına uyğun məhsullar təklif edir. Aşağı seqmentdə Redmi seriyasını, premiumda isə Mi seriyasını görürük. Buradan da bir daha görürük ki, Xiaomi geniş auditoriyaya xidmət edir, müxtəlif müştərilərin maraqlarını nəzərə alır. Şirkət istehlakçıların gözlədiyi keyfiyyəti və xüsusiyyətləri saxlayaraq müxtəlif istehlakçı ehtiyaclarına və büdcələrinə uyğun geniş çeşidli smartfon modelləri təklif edir.

Brendin sevilən smartfonlarından biri də Xiaomi 12 LITE məhsuludur. Model xüsusiyyətləri ilə yanaşı rəngləri ilə də istehlakçılar tərəfindən bəyənilir. Çəhrayı və mavi rəngləri xüsusilə diqqət çəkir. Baku Electronics mağazalarından Xiaomi 12 LITE smartfonunu nağd alışda 40 AZN endirimlə əldə edə bilərsiniz.

Qeyd edək ki, indi Baku Electronics-dən onlayn aldığınız məhsulları 30 gün ərzində dəyişdirə və ya qaytara bilərsiniz.

Oxşar xəbərlər