Almaniyanın Karcher brendinin 2 möhtəşəm məhsulu!

İcmallar

Salam, əziz izləyicilər!

Bu gün sizə Almaniyanın Karcher brendinin 2 möhtəşəm məhsulu haqqında danışacam.

Başlayaq Karcher SC 2 EasyFix buxarlı təmizliyicidən.

Bildiyimiz kimi kimyəvi maddələr su ilə yuyulduqda belə tam təmizlənmir və sağlamlığımız üçün zərərlidir. SC 2 EasyFix kimyəvi maddələr olmadan, tam organik, yalnız su ilə bütün kirlərə meydan oxuyur. O suyu qaynama dərəcəsinə çatdırır və yüksək təzyiqli buxar axını ilə bütün kiri təmizləyir.

SC 2 EasyFix bütün növ səthlərdə istifadə edilə bilər. Döşəmə, qaz pilitəsi, pəncərə, uşaq oyuncaqları, sevimli ev heyvanlarınızın əşyaları, soyuducu, mikrodalğalı soba və digər məişət texnikaları (cərəyandan ayrılmış halda olmasına diqqət edin), ağlınıza gələ biləcək hər yeri, hətta hamam otağını belə siz onunla təmizləyə bilərsiniz. Fərqli səthlər üçün müxtəlif başlıqları və mikrofiber bezləri var. Döşəmə və əl başlığı, yuvarlaq fırça və bir çox başqa aksesuarlar müxtəlif səthlərin təmizlənməsini asanlaşdırır.

SC 2 EasyFix təmizlik etməklə bərabər həm də hər növ bakteriya və virusları məhv edərək 99,99% dezinfeksiya etmək gücünə malikdir.

Kimyəvi maddələr istifadə etməyəcəyiniz üçün SC 2 EasyFix ilə pulunuza qənaət edə bilərsiniz.

Əgər evinizdə körpə uşaqlar və ya ev heyvanları varsa, SC 2 EasyFix buxarlı təmizləyicini əldə etməyinizi tövsiyə edirəm.

 

İkinci məhsul Karcher FC 5 elektrikli döşəmə silənidir.

Gəlin Karcher FC 5 elektrikli döşəmə siləni ilə tanış olaq.

Bu məhsul sözün əsl mənasında döşəməni silib-süpürür. Şaquli döşəmə təmizləyicisi tozu, kiçik qırıntıları, döşəməyə dağılmış mayeni və ev heyvanlarının tüklərini təmizləyir, həmçinin döşəməni silir.

Təmizləyicinin 2 su çəni var: biri təmiz sudur və fırlanan mikrofiber diyircəkləri daimi nəmləndirir, digəri su-kir qarışığını davamlı olaraq toplayır.

Məhsul təmizlikdə sərhəd tanımır desək, yanılmarıq. Çünki o istənilən yerdə rahatlıqla istifadə edilə bilər.

Avadanlığın mikrofiber diyircəkləri divarlara və mebellərə tam yaxınlaşma imkanına malikdir.

Karcher FC 5 ilə təmizlik ənənəvi üsuldan 20 faiz daha təmiz, daha tez və çox rahatdır.

İşləri bitirdikdən sonra isə özünü təmizləmə funksiyası ilə cihazı avtomatik təmizləyə bilərsiniz.

Bu məhsullar bir daha sübut edir ki, üstün və inovativ texnologiya həyatımızı rahatlaşdırır.

Siz də həyatınıza üstün rahatlıq gətirmək istəyirsinizsə, Baku Electronics-də müraciət edin!

Növbəti icmalda görüşərik!

 

Oxşar xəbərlər