Kondisioner alarkən bunlara diqqət edin!

İcmallar

İsti havanın sizdən yan keçməsini istəyirsinizsə, düzgün kondisioner modelini seçmək mütləqdir. Bəs kondisioner alarkən nələrə diqqət etmək lazımdır? Cavabından elə bu bloqumuzda danışmışıq.

Enerji sərfiyyatı az olan modellərə üstünlük verin.

Müasir kondisionerlər enerji səmərəliliyi reytinqlərinə malikdir. Elektrik xərclərini azaltmaq məqsədilə enerji sərfiyyatı az olan kondisonerlər istehsal edilir. Qənaət nüansını nəzərə alaraq daha az enerji istehlak edən və temperaturu daha yaxşı tənzimləyən kondisioner seçməlisiniz.

Səs testi etməyi unutmayın.

Kondisioner almadan əvvəl səs-küy testi etməlisiniz. İdeal temperaturu yaratsa belə, yalnız ventilyatorun səsini eşidəcəyiniz kondisioner sizin komfortunuza mane olacaq. Kondisioneri almazdan öncə işə salın və səs səviyyəsinin sizi narahat edib-etmədiyini yoxlayın. Belə bir şansınız yoxdursa, onun səs səviyyəsinin neçə desibel olduğuna baxa bilərsiniz. Standart kondisionerin səs səviyyəsi 60 desibeldən çox olmamalıdır.

Hansı növ kondisioner alacağınızı dəqiqləşdirin.

Kondisionerlərin 2 növü var: Pəncərə (Window) tipli və divar (Split). Pəncərə tipli kondisionerlər bir istiqamətə hava üfürməkdə daha yaxşıdır. Bu növ kondisionerləri otağın mərkəzində yerləşdirmək daha məqsədəuyğundur. Yalnız bu halda onlar havanı otağın sağına və ya soluna bərabər şəkildə üfürür. Divar növ kondisionerlər isə havanı otağa bərabər paylayır. Bu 2 növdən asılı olaraq kondisioner qiymətləri dəyişir. Pəncərə növ kondisionerlər daha ucuzdur və quraşdırılması asandır. Divar növ kondisionerlər isə daha səssiz və estetikdir

Filtrlərin keyfiyyətinə diqqət edin.

Kondisioner otaqdakı rütubəti azaltmaq, daha çox soyutmanı təmin etmək və daha çox rahatlıq üçün yaxşı nəmləndirici olmalıdır. Yaxşı nəm çıxaran kondisionerlər yay mövsümü üçün əla seçimdir. Diqqət etməli olduğunuz başqa bir məqam filtrdir. Keyfiyyətli filtr daha yaxşı soyutmanı təmin edir və kondisionerin səmərəliliyini artırır.

Məkanı nəzərə alın.

Bu, kondisioner alarkən nəzərə alınmalı vacib məqamlardan biridir. 1 tonluq kondisioner 40 kvadratmetrlik otağı effektiv şəkildə soyuda bilər, daha böyük otaq üçün isə 1,5-2 tonluq kondisionerə ehtiyacınız olacaq. Otağınız üçün düzgün ölçülü kondisioner seçmək, kondisionerdən optimal şəkildə istifadə edəcəyiniz üçün elektrik enerjisinə qənaət etməyə kömək edəcək.

Soyutma sürətini nəzərə alın.

Tənzimlənən termostatlar, iki ventilyator və dəyişən sürətli kondisionerlər sizə günün müxtəlif vaxtlarında müxtəlif parametrlərdən istifadə etməyə imkan yaradacaq. Beləliklə, enerjiyə qənaət edə biləcəksiniz. Əvvəlcədən təyin edilmiş müxtəlif parametrlər daha çox enerjiyə qənaət etməklə daha yaxşı soyutmanı təmin edə bilər.

bakuelectronics.az saytından ehtiyacınız olan kondisioner modelini sərfəli şərtlərlə əldə edin.

Oxşar xəbərlər