Dostlar, bu icmalda sizi Monsterlə tanış edəcəm.

İcmallar

1 həftədir ki, M14 smartfonunu istifadə edirəm, istəyirəm təcrübəmi sizinlə paylaşım.

İlk öncə onu deyim ki, Samsung Galaxy M14 smartfonunun qiyməti çox münasibdir, funksiyaları isə əladır. Samsung bu seriyada münasib qiymət və çoxsaylı funksiyalarla fərq yaratmağı seçib və uğurlu olub.

Telefon ideal ölçüdədir, tək əllə istifadəsi rahatdır. FHD+LCD ekranla təchiz edilib. Ekranı çox aydın və parlaq edən yüksək piksel sıxlığına malikdir.

Smartfonun arxa hissəsində 3 kamera yerləşir: 50 MP-lik əsas, 2 MP-lik makro və 2 MP-lik dərinlik kamerası. Həm ön, həm də arxa kamera ilə çəkdiyim fotoları görürsünüz. Smartfon aydın və detallı fotolar çəkir. Yüksək ayırdetmə qabiliyyətinə malikdir. Fotoşəkillərin keyfiyyəti həm təbii, həm də aşağı işıq şəraitində əladır.

Bundan əlavə smartfon güclü batareya, yüksək yaddaş, 4 GB RAM, güclü prosessora sahibdir. Samsung Galaxy M14 Android 13, One UI 5,1 əməliyyat sistemi ilə təchiz edilib. Telefondan istifadə zamanı heç bir donma və ya gecikmə ilə qarşılaşmadım. Məncə Galaxy M14 orta seqmentin ən yaxşı modellərindən biridir.

Onu da qeyd edim ki, smartfon məhdud sayda satışa çıxarılır. Əgər uyğun büdcəyə əla xüsusiyyətlər axtarırsınızsa, gecikmədən Baku Electronics mağazalarından telefonu əldə edin. Vəə alış-veriş zamanı müştəri kartı əldə edin ki, xərclədiyinizin bir hissəsi keşbek olaraq geri qayıtsın

Oxşar xəbərlər