Honor Magic 5 pro smartfonunun hansı üstünlükləri var?

İcmallar

Bu gün Honor Magic 5 pro ilə sehrin gücünü birlikdə kəşf edəcəyik!

Smartfon simmetrik dizayna sahibdir. Çərçivəsi nazikdir və incə küncləri var. Ekranın ölçüsü 6.81 düymdür və maksimal parlaqlıq 1800 nitdir. Ekran göz sağlamlığı qorumaq üçün ziyanlı mavi işığın qarşısını alır.

Kamerasına gəldikdə isə..

Magic 5 pro-nun kamerası sehrli işlər görür deyə bilərik. Arxa hisssədə hər biri 50 MP dəyərində 3 kamera yerləşir. Bu kameralar işığa qarşı ultra-həssasdır, yəni çox aydın fotolar çəkir.

Sizdə də olub ki, hansısa hərəkəti çəkmək istəmisiz, amma gözlədiyiniz nəticəni ala bilməmisiz? Məsələn, qağayıların uçuşunu. Honor yeni modeldə bu məsələyə süni intellek ilə həll tapıb. Deməli, kameranı açdığınız anda o artıq fokusu tutub və çəkilişə hazırdır. Süni intellekt hərəkəti aşkar edir və doğru zamanda, doğru kadrı çəkir. Sizin üçün ən yaxşı anı tutur. Hərəkət zamanı çəkdiyim bəzi fotoları görürsünüz.

Magic 5 pro ilə siz, hətta qapalı və işıqlı mühitlərdə də mükəmməl kadrlar çəkə bilərsiniz.

Smartfonda jest ilə idarəetmə də var. Məsələn, siz bir əl hərəkəti ilə ekranın görüntüsünü çəkə bilərsiniz. Və ya əlləriniz yaş olduqda telefonu idarə etmək istəsəniz, əlinizi aşağı və ya yuxarı hərəkət etdirməyiniz kifayətdir.

Yay gəlir, sualtı çəkilişlərə başlamaq olar. Çünki Honor Magic 5 pro Ip68 suya və toza qarşı davamlılıq sertifikatına sahibdir.

Maraqlı çəkilişlər etmək istəyirsiniz, Honor Magic 5 pro-nu mütləq sınayın!

Texnologiyaya daha yaxın olmaq üçün isə bizi sosial şəbəkələrdə izləyin!

Oxşar xəbərlər