Samsung A54, A34, yoxsa A14?

İcmallar

 

Samsung A54, A34, yoxsa A14?
Yəqin ki, onlar arasındakı fərqlər sizə maraqlıdır.
Gəlin hər bir smartfon ilə daha yaxından tanış olaq.


Samsung A14 FHD+ ekrana malikdir. A34A54 smartfonlarının ekranında isə Super AMOLED paneldən istifadə edilib. Super AMOLED ekranda rənglər daha canlı və parlaqdır. Həmçinin işığın əks olunması daha zəifdir.
A14A34 modellərinin selfi kamerası 13 MP, A54-də isə 32 MP-dir.
A14A54 smartfonlarında əsas kamera 50 MP, A34-də isə 48MP-dir.
Galaxy A34 və A54 modellərində əsas kamera görüntünün stabilləşdirilməsi mexanizmi ilə təchiz edilib. Optik görüntü stabilizatoru video çəkərkən yaranan titrəmələrin qarşısını alır.
Əgər siz A14 modelini almaq istəsəniz, qarşınızda iki seçim olacaq. 64 GB, yoxsa 128 GB?

A34 və A54 modellərində isə siz iki dəfə seçim etməlisiniz.
1. Siz neçə GB yaddaş istəyirsiniz? 128, yoxsa 256 GB?
2. Bəs RAM-ı neçə olsun? 6, yoxsa 8 GB?

Hər 3 smartfonu birləşdirən xüsusiyyətlər də var. Bunlar 5000 milliamper batareya və NFC özəlliyidir.
Hansı smartfonu daha çox bəyəndiniz?
Bəyəndiyiniz smartfon modelini Baku Electronics-dən sərfəli şərtlərlə əldə edə bilərsiniz. Üstəlik onlayn alış-verişlərdə 30 gün dəyişdirmə və ya qaytarma imkanı ilə. Müştəri kartını əldə etdikdə isə xərclədiyinizin bir hissəsi sizə keşbek olaraq geri qayıdır.
Texnologiyaya daha yaxın olmaq üçün bizi sosial şəbəkələrdə izləyin

 

Oxşar xəbərlər