Qısa zamanda dadlı yeməklər üçün Tefal Easy Fry & Grill!

İcmallar

Hər kəsə salam! Ramazan ayınız mübarək olsun!

Bu gün sizə Tefal fritozlar haqqında məlumat verəcəm.

İlk öncə onu deyim ki, Tefal-in 3 fərqli az yağlı/airfryer fritoz modeli var. Hər üçü əvvəlcədən isitmə tələb etmədiyi üçün vaxta və enerjiyə qənaət edir.

Keçək hər bir məhsul haqqında detallara.

Haqqında danışacağım ilk məhsul Easy Fry Grill & Steam+ fritozudur. Easy Fry Grill & Steam+ ilə 3 növ bişirmə etmək olur: qızartma, qril və buxarda bişirmə.

  • Hava ilə qızartma rejimində siz az yağda və ya yağsız xırtıldayan, qızardılmış yeməklər hazırlaya bilərsiniz.
  • Buxar rejimində isə vitamin və qida maddələrini qoruyaraq xırtıldayan balıqdan tutmuş dadlı tərəvəzlərə qədər hər şeyi bişirə bilərsiniz.
  • Tərəvəzlərin və ya ətin yumşaq və şirəli qalmasını istəyirsinizsə, qril rejimindən istifadə edə bilərsiniz.

Fritozda işinizi daha da asanlaşdırmaq üçün 7 avtomatik proqram var. Bura daxildir: Qızartma, Nuggets, Toyuq, Tərəvəz, Desertlər, Balıq və Qızardılmış Ət. Elə bil restorandasız və yemək sifariş verirsiniz. Yəni, Easy Fry Grill & Steam+ ilə yemək hazırlamaq bu qədər rahatdır J

Diqqət çəkən digər bir xüsusiyyət odur ki, Easy Fry Grill & Steam+ sobadan 2 dəfə daha sürətlidir. Bu funksiya 1.2 kq kartof qızartması hazırlanaraq test edilib.

Ən əsası fritoz XXL tutumludur,  6.5 litr həcmlidir. Siz nəinki öz ailəniz, hətta qonaqlarınız üçün belə yeməyi Easy Fry Grill & Steam+ ilə hazırlaya bilərsiniz.

İndi isə Tefal-in digər 2 az yağlı/airfryer fritoz modeli ilə sizi tanış edim. Bunlardan biri Easy Fry&Grill Classic-dir, digəri Easy Fry&Grill Precision+ dır.

Bu iki modelin bir çox xüsusiyyətləri eynidir.

Hər ikisində qızartma və qril rejimləri var. Xırtıldayan kartof qızartması istəsəniz, qızartma rejimini, şirəli ət və tərəvəzlər üçün isə qril rejimini seçə bilərsiniz.

Həm Easy Fry&Grill Classic, həm də Easy Fry&Grill Precision+ modellərinin hər ikisində yer alan Extra Crispy texnologiyası qızartmalar üçün temperatur və isti hava axınının balansını təmin edir. Beləliklə, siz az yağla və ya yağsız bişirmə ilə mükəmməl qızartmalar əldə edə bilərsiniz.

Fritozların tutumu 4,2L-dir, yəni 6 nəfərlik yeməkləri onunla rahatlıqla hazırlaya bilərsiniz.

Bəs Easy Fry&Grill Classic və Precision+ arasında fərq nədir?

Easy Fry&Grill Classic-də 60 dəqiqəlik taymer və avtomatik xəbərdarlıq rejimi mövcuddur.

Easy Fry&Grill Precision+ isə 8 avtomatik bişirmə rejimi təklif edir. Rejimləri ekranda görürsünüz: Fransız qızartması, Nuggets, Qızardılmış Toyuq, Pizza, Ət, Balıq, Tərəvəz, Desert. O həm də sensor ekrana sahibdir.

Avtomatik rejim sayəsində dərəcəni və vaxtı qeyd etməyinizə, yeməyi tez-tez yoxlamağınıza ehtiyac yoxdur. Məsələn, balıq bişirirsinizsə, fritozda balıq rejimini seçirsiniz və o funksiyaları avtomatik tənzimləyir.

Fritozların hər üç modelində rəqəmsal reseptlər kitabı var. Bu kitabda sizin üçün 30 resept yer alır. Bu gün nə bişirim? Sualını artıq hara ünvanlayacağınızı bilirsiniz ;)

İftar süfrənizi ləziz yeməklərlə bəzəmək istəyirsinizsə, özünüzə Tefal fritoz hədiyyə edin!

Bəyəndiyiniz Tefal Easy Fry modelini Baku Electronics-dən ayda 25 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

 

 

Oxşar xəbərlər