Paltaryuyan maşın alarkən diqqət edilməli 5 məqam!

İcmallar

Paltaryuyan maşın alarkən diqqət edilməli 5 məqam!

Paltaryuyanlar gündəlik həyatımızda geyimləri sürətli və əziyyətsiz yumaqla bizə bir xeyli vaxt qazandırır. Amma bu cihazlar bir çox özəlliyinə görə bir-birindən seçilir. Bu özəlliklər onları bəziləri üçün çox yaxşı, bəziləri üçünsə arzuolunmaz seçimə çevirir.

Bu səbəbdən də sizin paltaryuyan seçiminizdə yanılmamağınız üçün belə qurğular alarkən diqqət etməli olduğunuz 5 əsas məqamı sizinlə bölüşürük.

  1. Enerji və su istehlakı

Paltaryuyan maşının aylıq elektrik və su ödənişlərinə birbaşa təsiri var. Siz enerjiyə qənaət edən Samsung, Bosch modelləri ilə 25-33 faizə qədər müvafiq xərcləri azalda bilərsiniz. Paltaryuyan maşın alarkən satıcıdan “BEE” reytinqini soruşun. Bu 5 ulduzlu sistemdə cihazın ulduzu nə qədər çoxdursa paltaryuyan maşın bir o qədər qənaətcildir.

  1. Tutum və ölçü

Paltaryuyanın baraban tutumu ailənin ölçüsündən asılı olaraq seçilməlidir. Paltaryuyan maşınların əksəriyyəti 5 ilə 12 kq aralığında bir tutuma sahib olur. 1-2 nəfərlik ailə üçün 5-6 kg, 4-5 nəfərlik ailə üçün isə minimum 8 kq baraban tutumu vacibdir. Daha böyük ölçülü baraban əlavə enerji sərfiyyatı və ümumilikdə artıq xərcdir.

Eyni zamanda paltaryuyan maşının ümumi ölçüləri də nəzərə alınmalıdır. Otağınızda bu cihaz üçün ayırdığınız yerin ölçüsü ilə paltaryuyan uyğun gəlməlidir.

  1. Fərqli parça növləri

Pərdələr və süfrələr qalın materiallardan olsa da yataq dəstləri və zərif paltarlar daha incədir və yuyularkən daha çox diqqət tələb edir. Eyni hal gündəlik adi və ziyafət geyimlərinə də aiddir. Bütün növ parçalar üçün müxtəlif növ yuma rejimlərinə sahib paltaryuyan maşınları axtarmaq lazımdır. Əks halda, daha incə paltarlarınız zamanla yırtıla və ya köhnələ bilər. Hər parçaya uyğun yuma rejimi onu köhnəlməkdən qoruyacaq və daha effektiv təmizləyəcək.

  1. Fərqli temperatur seçimləri

Bir çox uşaq paltarları, kiçik yumşaq oyuncaqlar və s. məhsullar isti suyla yuma tələb edir. Eyni zamanda bir çox rəngli geyimlər isə soyuq su ilə yuyulduqda öz rəngini daha yaxşı qoruya bilir. Fərqli geyimləri fərqli temperaturlarda yuya bilmək üçün ayrılıqda soyuq və isti su girişləri olan paltaryuyan almağınız vacibdir.

  1. Uşaq kilidi

Əgər evinizdə azyaşlı uşaqlar varsa uşaq kilidi olmayan paltaryuyan maşın seçmək ailəniz üçün çox vacibdir. Uşaqlar ətraflarını kəşf etməyi sevir və elə buna görə də uşaq kilidli paltaryuyan maşın onlar üçün təhlükəsiz mühit təmin edir.

Baku Electronics mağazalar şəbəkəsində Bosch, HAIER, Hotpoint-Ariston, Indesit, LG, Midea, Samsung, Schaub Lorenz və YOSHIRO kimi dünya brendlərinə aid paltaryuyan maşınları sərfəli şərtlərlə əldə edə bilərsiniz.


Onlayn sifariş: Paltaryuyan maşın

 

Oxşar xəbərlər