Televizor qiymətləri hansı xüsusiyyətlərə görə dəyişir?

İcmallar

Televizorlar qiymət və xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Geniş çeşid televizorlarda qiymət müxtəlifliyinə gətirib çıxarır. Bəs qiymətlər hansı xüsusiyyətlərə görə təyin olunur?

Televizor qiymətləri ilk növbədə modelə görə dəyişir. Köhnə televizor modelləri yenilərlə müqayisədə daha aşağı qiymətə təklif edilir. Bunun səbəbi yeni modellərdə ən son texnologiyanın tətbiqidir. Qiymət dəyişikliyinə təsir edən digər bir xüsusiyyət televizorun ekran ölçüsüdür. Böyük ekran televizorların qiyməti kiçik ekranlılara görə daha yüksəkdir. Ekran ölçüsü ilə yanaşı ekranın tipi də televizor qiymətlərinə təsir edir. Ekran icazəsinin müxtəlif növləri (8K (7680x4320), FHD (1920x1080), HD (1366x768), UHD (3840x2160)) var və onların hər birinin qiyməti fərqlidir. bakuelectronics.az saytından bu televizor modelləri ilə tanış ola bilərsiniz.

Bunlardan əlavə televizor qiymətlərinə təsir edən bir çox xüsusiyyətlər var: məsələn, smart TV xüsusiyyəti, internet bağlantısının olub-olmaması, səs və dinamik sisteminin gücü, aid olduğu brend.

Baku Electronics televizorlar bölməsində siz istəklərinizə uyğun fərqli modellər yer alır. Bəyəndiyiniz modeli istər veb-saytdan onlayn sifarişlə, istər mağazalardan əldə edə bilərsiniz. Ödəniş formasını isə özünüzə uyğun seçə bilərsiniz: nağd və ya hissəli ödəniş.

Televizor seçərkən nələrə diqqət etmək vacibdir?

Uzun müddət istifadə edilən, hətta evinizin sakininə çevrilən bu cihazı seçərkən həssas davranmalısız. Onun keyfiyyəti ilə yanaşı evinizdəki görüntüsü də olduqca vacibdir. Məhz buna görə son illərdə istehsal edilən modellər və onların ekran görüntüsü bizə sənət əsərlərini xatırladır.

Televizor seçimi etməzdən öncə bəzi məqamları dəqiqləşdirməli daha sonra axtarışa başlamalısınız. Bu zaman seçiminiz daha uğurlu olacaq. İlk öncə hansı ekran keyfiyyətində televizor istədiyinizi dəqiqləşdirin. Bu xüsusiyyətin birbaşa büdcəyə təsir etdiyini unutmayın. Daha sonra hansı ölçüdə televizor istədiyinizə qərar verin. Bu zaman televizoru yerləşdirəcəyiniz məkanın ölçülərini nəzərə almalısınız. Həmçinin sizin üçün önəmli olan digər xüsusiyyətləri müəyyənləşdirin. Həmin xüsusiyyətlərin olduğu modelləri seçin. Son qərar isə hansı brendin məhsulunu alacağınızdır. Bu məqam qiymətdə də öz təsirini göstərəcək. Bütün bunları qeyd etdikdən sonra televizor seçimi sizin üçün daha asan olacaq!

Ən son televizorlar ilə bakuelectronics.az saytından və ya Baku Electronics mağazalarından tanış ola bilərsiniz.

Oxşar xəbərlər