Samsung yeni S23 seriyasını təqdim etdi.

Xəbərlər

Nəhayət, Samsung ay işğında vau effekti yaradan seriyasını təqdim etdi!
Samsung-un yeni seriyası S23 ailəsidir. Buraya S23, S23+ və S23 ultra modelləri daxildir.

İlk baxışdan smartfonların ölçü fərqləri diqqətimizi çəkir. Texniki xüsusiyyətlərinə baxdıqda görürük ki, S23 və S23+ arasında kəskin fərqlər yoxdur, S23 ultra isə öz unikallığı ilə sələflərindən fərqlənir.

Yeni seriya dizayn baxımından S22 ailəsini xatırladır desək, yanılmarıq. S23 və S23+ oval , S23 ultra isə dördkünc formadadır, hər üçü alüminium çərçivə ilə əhatələnib. 4 rəng çeşidi ilə Samsung yeni seriyada da fərqli zövqlərə xitab edir.

Hər üç model Corning şirkətinə məxsus olan Gorilla Glass Victus 2 şüşə örütüyü ilə qorunur, bu o deməkdir ki, smartfon zədələrə və cızıqlara yüksək dayanıqlıdır. Seriyanın hər üç üzvü 120Hz tezliyə malik super parlaq Dynamic AMOLED 2X ekranı ilə təchiz olunub. S23 ailəsində də S22-də olduğu kimi IP68 toza və suya qarşı davamlılıq sertifikatı var. Seriyanın bütün modelləri ikinci nəsil Snapdragon prosessoru ilə təchiz edilib.

Bütün bu ortaq xüsusiyyətlərlə yanaşı S23 ultra modeli ilə Samsung vau effekti yaratmağa çalışır. Onun xüsusiyyətləri arasında ilk diqqəti çəkən məqam 200MP-lik əsas kameradır. Bu o deməkdir ki, S23 ultra günün istənilən vaxtında, istənilən məkanda möhtəşəm fotolar çəkməkdə iddialıdır. Ultra geniş kamera 12 meqapikseldir. Üçüncü kamera 3x, dördüncü kamera isə 10x optik zoom qabiliyyətinə malikdir. Telefoto kameralarının hər biri 10 meqapikseldir. Ön kamera isə 12 MP dəyərindədir. S23 və S23+ modelləri üçlü kamera moduluna malikdir. Əsas kamera 50MP, ultrageniş kamera 12 MP, telefoto kamerası isə 10MP-dir.
S23 ultrada həmçinin əvvəlki seriyanın nümayəndəsi S22 ultra modelində olduğu kimi S pen də var.

Samsung yeni seriyasında da batareya tutumunu diqqət mərkəzində saxlayıb. Belə ki, S23 ultra 5000mAh, S23+ 4700mAh, S23 3900mAh batareya gücü təqdim edir. Bütün modellərdə sürətli şarj özəlliyi var. S23 ultra və S23+  45Vatt, S23 isə 25Vatt sürətli şarj toplama xüsusiyyətinə sahibdir.

S23 ailəsi haqqında bu qədər. Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.

 

Samsung Galaxy S23 ailəsi 10 fevraldan etibarən artıq Baku Electronics mağazalarında və www.bakuelectronics.az rəsmi saytında satışda olacaq!

Oxşar xəbərlər