Baku Electronics Bakıxanov qəsəbəsində yeni mağazasını açdı!

Xəbərlər

Ötən həftə Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsi Baku Electronics, Bakıxanov qəsəbəsində yerləşən mağazasının möhtəşəm açılış mərasimini qeyd edib.

Tədbir rəhbərliyin çıxışlarından ibarət rəsmi hissə ilə başlayıb. Daha sonra əyləncəli şou proqram və interaktiv hissə ilə davam edib.

“Böyük Açılış” adı ilə keçirilən mərasiminin qeyri rəsmi hissəsi isə “Dərviş band” qrupunun və məşhur reper Pasterin çıxışları ilə davam edib. İnterakriv hissədə isə qonaqlar onlarla müxtəlif dəyərli hədiyyələrin, bir müştəri isə İphone 14-ün sahibi olmuşdur.

Xatırladaq ki, Motoverse, Yataş Group DivanEV brendlərinin də yer aldığı Bakıxanov mağazası dörd mərtəbədən ibarətdir.

Mağazada açılış münasibəti ilə oktyabrın 16-dək 50%-dək endirim, faizsiz, komissiyasız, 30 ayadək hissəli ödəniş imkanı alıcıları gözləyir.

Xatırladaq ki, Baku Electronics 29 ildən artıqdır ki, alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir. 

Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi, Dyson, DivaneV və onlarla digər dünyaca tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

Baku Electronics-in bütün kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini qaçırmamaq üçün şirkətin rəsmi səhifələrini izləyə bilərsiniz.

LinkedinİnstagramFacebook, Youtube,

Ətraflı məlumat üçün 143 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar xəbərlər