Baku Electronics 30 yaşını qeyd edir!

Xəbərlər

Həyatı asanlaşdıran texnologiyaları güvənlə aldığınız Baku Electronics 30 yaşını qeyd edir!
1994-cü ildə fəaliyyətə başlayan Baku Electronics tam 30 ildir həyatınızı asanlaşdıran, sizi sevdiklərinizə bağlayan texnologiyaları güvənlə təqdim edir. Fəaliyyəti boyu alıcılarının istəklərini reallaşdıran Baku Electronics ilə müştəriləri arasında güvənə söykənən bağ yaranmışdır.
Əlavə olaraq Baku Electronics 30 ildir alıcıları ilə ən keyfiyyətli brendlər arasında da bağ yaradır, onları müxtəlif markalara məxsus məhsullar ilə birləşdirir. Şirkət Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi brendlərin rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
Baku Electronics mağazalar şəbəkəsi hazırda 30-dan çox mağaza və onlayn satış xidməti ilə demək olar ki, ölkənin hər yerində müştəriləri ilə bağını daha da gücləndirərək böyüməyə davam edir.
Bu 30 ildə qurulan bağ alıcıları asanlıq, sevgi və güvən ilə çevrələyir. Baku Electronics bu gün olduğu kimi gələcəkdə də insanlarla onların sevdikləri arasındakı bağı gücləndirməyi, onların həyatlarını asanlaşdıran məhsullar təqdim etməyi hədəfləyir. Şirkət müştərilərinin rəylərini və istəklərini daim nəzərə alır. Buna görə də Baku Electronics-də alıcılar nə istəyirsə o olur, çünki 30 illik bağ belə olur!

Oxşar xəbərlər