II Vətən Müharibəsində iştirak edən əməkdaşlarımızın şərəfinə tədbir
Xəbərlər

Azərbaycanın ilk elektronika mağazaları şəbəkəsi Baku  Electronics Zəfər gününün birinci ildönümü münasibəti ilə böyük tədbir təşkil edib. Doğma Azərbaycanımızın tarixində əbədi iz qoyan və möhtəşəm qələbə ilə bitən 44 günlük Vətən Müharibəsində iştirak edən Baku Electronics əməkdaşları tədbirdə rəhbərlik tərəfindən mükafatlandırılıb.

Belə ki, tədbirin rəsmi hisssəsi Dövlət Himnimizin sədaları altında aqışlarla başlayıb. Daha sonra bu qələbəni bizə bəxş edən və şirkətin şəhid əməkdaşı Ceyhun İsmayılovun timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Baku Electronics şirkətinin rəhbərləri çıxış edərək hər kəsi bu qələbə münasibəti ilə təbrik edib, şəhidlərimizə rəhmət diləyib.

Tədbir boyunca böyük monitorda Ali Baş komandanın çıxışları, möhtəşəm qələbə paradı və bu günü bizə bəxş edən döyüşçülərimizin görüntüləri yayımlanıb.

Təbririn qeyri-rəsmi hissəsi müharibə iştirakçılarının şərəfinə təşkil olunmuş ziyafətlə davam edib. 

 

Xatırladaq ki, Baku Electronics artıq 27 ildir alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməklə yanaşı, eyni zamanda mühüm əhəmiyyət kəsb edən zamanlarda sosial duyarlılığını nümayiş etdirmişdir. 44 günlük Vətən Müharibəsi dövründə Baku Electronics şirkəti YAŞAT fonduna, pandemiya dönəmində isə Koronavirusla Mübarizəy Dəstək Fonduna maddi olaraq dəstək olmuş, bu həssas dönəmlərdə müxtəlif xeyriyyə aksiyaları təşkil etmişdir.

Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyaca tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 25 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı fəaliyyət göstərir.

Baku Electronics-in  bütün yeniliklərini qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik.

Oxşar xəbərlər