Baku Electronics rəhbər heyəti Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Zirvəsi”-nə yürüş edib.

Xəbərlər

Baku Electronics zirvədə!

  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Baku Electronics  şirkətinin rəhbər heyəti  Şahdağ Milli Parkının ərazisində yerləşən  Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində Ulu Öndərin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.

Ölkəmizin ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndindən başlayan yürüş müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə doğru davam edib.

Çətin relyef və sərt iqlim şəraitində böyük ruh yüksəkliyi və əzmkarlıqla irəliləyən yürüş iştirakçıları zirvədə dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər. “Heydər Zirvəsində” Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə yanaşı, Türkiyə Respublikasının və Baku Electronics-in  korporativ bayraqları dalğalandırılıb.

Oxşar xəbərlər