Baku Electronics-dən geniş Hökməli mağazası!

Xəbərlər

Hər zaman fərqli və sərfəli fürsətləri ilə seçilən Baku Electronics bu dəfə Hökməli mağazasının açılışı ilə müştərilətini sevindirib.

Açılış mərasimi şirkət rəhbərliyiniz, qonaqların və eləcə də müştərilərin iştirakı, maraqlı şou və əyləncəli oyunlar, hədiyyələr və açılışa özəl endirimlərlə yaddaq qalıb.

Hökməli dairəsi, Şamaxı şosesi 16 ünvanında yerləşən yeni Baku Electronics mağazası  şirkət rəhbərliyinin nitqi və lentkəsmə mərasimndən sonra açıq elan edilərək qonaqlarını qarşılayıb.

Onu da qeyd edək ki, Baku Electronics-in məhz Hökməli mağazasında məşhur türk markası Yataş Group-a məxsus Divanev brendinin müxtəlif zövqlərə uyğun, keyfiyyətli və bol çeşidli mebelləri də yer alır.

Açılış mərasimində Yataş Group Divanev brendinin rəsmi nümayəndəsi Volkan Maral  da çıxış edib.

 Açılışa özəl 29 aprel-8 may 2023-cü il tarixlərində Baku Electronics Hökməli mağazasından alış-veriş edən şəxsləri xüsusi təkliflər gözləyir. Minlərlə məhsulda  nağd alışda 50 %dək endirim və 24 ayadək faizsiz, ilkin ödənişsiz hissəli alış imkanları müştəriləri sevindirəcəkdir.

Onu da qeyd edək ki, Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi, Dyson və onlarla digər dünyaca məşhur brendlərin rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

 

Oxşar xəbərlər