Portativ akustika Bang & Olufsen Beosound Explore Grey Mist
Məhsul kodu: 177155
Nisyə alış 13 İyul - 15 Avqust
Nisyə alış 22 İyul - 28 İyul
Nisyə alış 5 Dekabr - 1 Avqust
Nisyə alış 4 May - 31 İyul

Portativ akustika Bang & Olufsen Beosound Explore Grey Mist

Məhsul kodu: 177155
Qiymət
539.99
Ödəniş
  • Nağd
  • Visa/Mastercard
  • Taksit kartlar
  • Nisyə alış
Təhvil növü
  • Mağazadan götür
  • Kuryerlə çatdırılma
Zəmanət və servis

14 gün ərzində məhsulun
dəyişdirilməsi və ya qaytarılması.

Portativ akustika Bang & Olufsen Beosound Explore Grey Mist

Macəra həvəskarları üçün universal səs

Portativ. Möhkəm. Səyahət üçün hazırdır. Macəralarınızın Sizi hara apardığından asılı olmayaraq, Beosound Explore-n mükəmməl səs keyfiyyəti daima Sizinlə olacaq. Möhkəmləndirilmiş, cızıqlara qarşı dayanıqlı və tamamilə toz- və sukeçirməz olan korpus sayəsində isə, o, istifadədən zədələnməyəcək.

İstənilən səyahət üçün kifayət qədər möhkəmdir

Beosound Explore, istədiyiniz yerdə Sizi müşayiət etmək üçün yaradılmış çox möhkəm simsiz səs gücləndiricisidir. Möhkəm rezinli əsas və alüminium korpus onu, çirkli kempinqlərdən tutmuş qumlu çimərliklərə qədər, istənilən səthdə təhlükəsiz şəkildə yerləşdirməyə imkan verir, yaxşıca düşünülmüş daxili konstruksiya isə yerə düşdüyü zaman onu qoruyur. «Factory 5» zavodunda (Danimarka) hazırlanmış anodlaşdırılmış alüminiumdan olan korpusdan tutmuş sukeçirməz qayış və karabinə qədər hər bir konstruksiya elementi yüksək istismar xüsusiyyətlərini uzunömürlülüklə birləşdirir.

Sizi müşayiət etməyə hazırdır

Toxunduqda xoş hisslər bəxş edən Beosound Explore, onu həmişə özünüzlə götürə bilməyiniz üçün, yaxşıca layihələndirilib. O, asanlıqla ovcunuzda yerləşir. Onu kəmərinizə bağlayın, çantanıza düymələyin və ya sadəcə özünüzlə götürün və gəzintiyə çıxın.

 

YÜNGÜL ÇƏKİ - CƏMİ 631 QRAM

HƏRƏKƏTDƏ İKƏN İSTİFADƏ ÜÇÜN RAHAT FORMA

ELASTİK, ATMOSFER TƏSİRİNƏ QARŞI DAYANIQLI QAYIŞ
 
MÖHKƏM, DÜYMƏLƏNƏN KARABİN
 
Macəralarınızın enerjisi

Adi səs səviyyəsi ilə 27 saatadək işləməni təmin edən Beosound Explore uzunmüddətli səyahətlər üçün yararlıdır. Etibarlı yüksək məhsuldar akkumulyator sayəsində, Siz bütün dünyada sərbəst şəkildə səyahət edə bilərsiniz.

İstənilən hava şəraiti və ərazi üçün nəzərdə tutulmuş səs gücləndiricisi

Premium keyfiyyətli materialları və yığcam dizaynı sayəsində Beosound Explore həyatda baş verəcək istənilən macəralar üçün yararlıdır. IP67 toz - və sukeçirməzlik dərəcəsi bu müdafiə olunan səs gücləndiricisinin pis hava ilə qarşılaşmağa hazır olduğuna zəmanət verir. Hətta 30 dəqiqə müddətinə bir metr suya daxil etsəniz belə, o, buna tab gətirəcək.
 
Sukeçirməz idarəetmə paneli

İstənilən şəraitdə – suda, qumda və ya çirkli şəraitdə – hətta əlcəklərlə belə işləmək üçün hazırlanıb. İstifadəsi asan olan düymələr elə yerləşdirilib ki, harada olmağınızdan asılı olmayaraq, mükəmməl görünmə və istifadə rahatlığı təmin olunsun.
 
Musiqiniz hər yerdədir

İncə dizaynı və ən son Bluetooth texnologiyası sayəsində Siz musiqini saniyələr ərzində seçə və dinləyə bilərsiniz. Hər dəfə sevimli mənbələrinizə, qurğulara və servislərə sürətli və etibarlı keçid əldə edin.
 
 
Xüsusiyyətlər
  • Brend: BANG & OLUFSEN
  • Məhsul tipi: Portativ akustika
  • Səs gücü: 2 x 30 Vt
  • 3,5 mm audio çıxış: var
  • Bluetooth: 5.2
  • USB: Type USB-C
  • Akkumulyatorun həcmi, mA*h: 2400 mAh
  • Qablaşdırmaya daxildir: Əsas hissə, təlimat kitabçası.
  • Ölçülər (hündürlüyü / eni / dərinliyi): 81 x 124 x 81 mm
  • Rəng: Boz
  • Zәmanәt: 6 ay
  • Çəki: 630 qr
Rəylər 0

Rəyinizi bildirin

Portativ akustika Bang & Olufsen Beosound Explore Grey Mist
Portativ akustika Bang & Olufsen Beosound Explore Grey Mist
Qiymət
539.99
Hissə-hissə ödə
18 ay, ayda 30
Bir klikә al Sürətli sifariş