Apple AirTag 4 Pack (MX542RU/A)
Məhsul kodu: 180835

Apple AirTag 4 Pack (MX542RU/A)

Məhsul kodu: 180835
Qiymət
269.99
Ödəniş
  • Nağd
  • Visa/Mastercard
  • Taksit kartlar
  • Nisyə alış
Təhvil növü
  • Mağazadan götür
  • Kuryerlə çatdırılma
Zəmanət və servis

Onlayn al, Arxayın al!
30 gün müddətində istər dəyiş, istər qaytar!
Ətraflı oxu

Apple AirTag 4 Pack (MX542RU/A)

AirTag İtirmək vərdişiniz itəcək
AirTag - əşyalarınızı tapmağın super asan üsuludur. Bir AirTag trekerini açarlarınıza bərkidin, digərini çantanıza qoyun. İndi onlar “Find My” tətbiqinin xəritəsində əks olunacaq. Orada siz Apple cihazlarınızın, eləcə də dostlarınızın və ailənizin harada olması barədə məlumat tapa biləcəksiniz.
 
Siqnal sizi əşyalarınıza aparır.
İstənilən əşya öz yerində olmaya və sonra itə bilər. Məsələn, pulqabı. Lakin ona AirTag bərkidilibsə, hər şey çox sadədir. Daxili dinamikin səsi əşyalarınızın tapılmasına kömək edəcək. “Find My” tətbiqini açın, “Items” bölməsinə keçin və trekerinizdə səs siqnalını aktivləşdirin. Yaxud "Hey Siri, pulqabımı tap" deyin. Əgər o, yaxındadırsa - divanın altında və ya qonşu otaqda – siqnalın səsinə doğru gedin və onu tapacaqsınız.
 
 
Milyonlarla, milyonlarla dost sizə yardımçı olacaq.
Əşyanız çimərlik və ya idman zalı kimi uzaq yerdədirsə, “Find My” şəbəkəsi dünyanın hər yerində yüz milyonlarla iPhone, iPad və Mac-i əşyanın axtarışı üçün birləşdirəcək. Və onlar sizə AirTag-i tapmaqda kömək edəcəklər. Bu zaman məlumatlar anonim şəkildə ötürülür və məxfiliyin qorunması üçün şifrələnir.
 
Bu, necə işləyir?
AirTag trekeri “Find My” şəbəkəsi funksiyası aktiv olan yaxınlıqdakı cihazlar tərəfindən qəbul edilə bilən Bluetooth vasitəsilə etibarlı siqnal yayımlayır. Onlar sizin AirTag-in məkanını iCloud-a göndərəcəklər və trekeri “Find My” tətbiqindəki xəritədə görə biləcəksiniz. Məxfilik məqsədilə məlumatlar anonim ötürülür və şifrələnir. Bu xüsusiyyət olduqca enerji qənaətlidir və məlumatları səmərəli ötürür - batareyanın gücü və şəbəkə trafiki barədə narahat olmaya bilərsiniz.
 
İtmə rejimi. Əşyaları asanlıqla tapın.
Digər Apple cihazları kimi AirTag-i də itmə rejiminə keçirmək olar. Trekeriniz “Find My” şəbəkəsindəki başqa bir cihaz tərəfindən aşkarlandıqda avtomatik bildiriş alacaqsınız. Eləcə də AirTag-i məlumatlarınızı tapan şəxsə ötürəcək şəkildə də ayarlaya bilərsiniz. Tapan şəxs NFC ilə işləyən smartfonu AirTag-a toxundurmalıdır - bu, telefonla alış-veriş üçün ödəmə zamanı istifadə edilən eyni texnologiyadır.
 
Sizin məlumatlarınız təhlükəsizlikdədir.
Yalnız siz AirTag-in harada yerləşdiyini görə bilərsiniz. Məkan barədə məlumatlar və hərəkət tarixçəsi heç vaxt AirTag-də saxlanılmır. AirTag-in yerini sizə ötürən cihazlar bunu anonim şəkildə həyata keçirirlər. Göndərdikləri məlumatlar hər mərhələdə şifrələnir. Buna görə də Apple sizin AirTag-in harada yerləşdiyini və hansı cihazları tapmaqda kömək etdiyini bilmir.
 
AirTag arzuolunmaz izlənmədən qorumağı bacarır.
Başqasının AirTag-i əşyalarınız arasında ola bilər. Və əgər sizinlə birlikdə hərəkət etməyə başlayarsa, sizin iPhone bu barədə təcili məlumat verəcək. Bir müddətdən sonra bu AirTag-i aşkar etməsəniz, diqqətinizi cəlb edəcək səs siqnalı işə salınacaq.
 
Heyranedici sadəlik.
AirTag-i bircə toxunuşla ayarlayın – o, bir göz qırpımında iPhone və ya iPad cihazınıza qoşulacaq. Siz yalnız treker üçün ad seçməlisiniz və istədiyiniz əşyaya AirTag-i əlavə etməlisiniz. İndi o, itdiyi zaman onu asanlıqla tapa bilərsiniz. Apple Watch-da AirTag barədə bildirişlər almaq istəyirsiniz? Bu da mümkündür.
Xüsusiyyətlər
  • Brend: Apple
  • Məhsul tipi: AirTag
Video
Oxşar məhsullar
Rəylər 0

Rəyinizi bildirin

Apple AirTag 4 Pack (MX542RU/A)
Apple AirTag 4 Pack (MX542RU/A)
Qiymət
269.99
Hissə-hissə ödə
18 ay, ayda 15
Bir klikә al Sürətli sifariş