Konteynerli tozsoran SAMSUNG SC45 VCC4520S36/XEV
Məhsul kodu: 132868
Nisyə alış 5 Dekabr - 5 May

Konteynerli tozsoran SAMSUNG SC45 VCC4520S36/XEV

Məhsul kodu: 132868
-30 
189.99 
159,99
Ödəniş
  • Nağd
  • Visa/Mastercard
  • Taksit kartlar
  • Nisyə alış
Təhvil növü
  • Mağazadan götür
  • Kuryerlə çatdırılma
Zəmanət və servis

Rəsmi zamanət.
14 gün ərzində məhsulun
dəyişdirilməsi və ya qaytarılması.
Rəsmi servis xidməti.

Konteynerli tozsoran SAMSUNG SC45 VCC4520S36/XEV

Otağı qısa müddətdə təmizləməlisiniz? O zaman, SAMSUNG VCC4520S36/XEV tozsoranı sizin üçün əla seçimdir. Tozsoranın sorma gücü 350 W, ümumi gücü isə 1600 W. Bu mükəmməl göstəricilərin sayəsində, model istənilən səthi çirkdən və tozdan keyfiyyətli təmizləməyə kömək edəcəkdir. Etibarlı və möhkəm metaldan hazırlanmış korpus, modeli mexaniki zədələrdən qoruyur.  Üstəlik, olduqca dəbli dizayna sahibdir. SAMSUNG VCC4520S36/XEV tozsoranı, xovun uzunluğundan asılı olmayaraq istənilən xalçanı mükəmməlcəsinə təmizləyəcəkdir. 1.3 litrlik toz qabı lazım olduqda asanlıqla çıxarılır. İncə təmizləyici filtr sayəsində ən kiçik toz hissəcikləri belə tutulur və saxlanılır. Optimal sorma gücünü, döşəmə örtüyünün növündən asılı olaraq, korpusda yerləşən tənzimləyicidən seçmək olar.


İki kamera – iki dəfə təmiz ev

Samsung şirkətinin unikal ikikameralı Twin Chamber sistemi iki iş kamerasını özündə birləşdirir. Bununla təmizliyin effektivliyi artır və yüksək sorma gücü qorunub saxlanılır. Toz hissəcikləri burulğanlı hava axını ilə daxili kameraya ötürülür və zibil hissəcikləri mərkəzdənqaçma qüvvələrinin təsiri altında axından çıxarılır. Nəticədə, iri toz və zibil hissəcikləri xarici kamerada qalır və toz toplayıcısının boşaldılması zamanı asanlıqla çıxarılır. Sistem yığılmış tozun tozsorandan çıxarılması və toz toplanması üçün ehtiyat kisələrin alınması üçün izafi prosedurlara vaxt sərf etməməyə imkan verir.

Nəfəs almaq daha rahatdır!

Samsung tozsoranı effektiv filtrasiya üçün HEPA mikrofiltrindən istifadə edir. Mikrohissəciklər və allergenləri udmaqla HEPA filtri otaqda təmiz havanı təmin edir. HEPA mikrofiltrinin yüksək filtrasiya xüsusiyyətləri SLG Tədqiqat İnstitutunun (Almaniya) “4 ulduz” keyfiyyət nişanı ilə təsdiqlənmişdir.

Toz toplayıcısını boşaltmaq üçün üç sadə addım

Evin təmizlənməsindən sonra toz toplayıcısının boşaldılması bir o qədər də xoşagələn prosedur deyil. Samsung şirkətində işlənib hazırlanmış toz toplayıcısının sadə boşaltma sistemindən istifadə etdikdə tamamilə fərqli nəticə ilə üzləşəcəksiniz. Sadəcə düyməni basın, toz toplayıcısını çıxarıb silkələyərək zibili zibil qutusuna tökün. Çirk qalmır, hər şey təmiz və xoşdur!

Qənaətcil və istifadəsi asan

Toz toplama kisələri olan ənənəvi tozsoranlardan istifadə etdikdə tozun toplanması üçün ehtiyat kisələrin axtarılması və əldə edilməsi problemi yaranır. Twin Chamber System™ sistemi olan tozsorandan istifadə etdikdə isə kisə almaq lazım deyil; yığılan zibili sadəcə toz toplayıcısından zibil qutusuna çırpmaq kifayətdir.

Xüsusiyyətlər
  • Brend: Samsung
  • Məhsul tipi: Tozsoran
  • Təmizləmə növü: Quru
  • İdarəetmə növü: Mexaniki
  • İdarəetmə yeri: Üzərində
  • Tozyığan növü: Qab
  • Tozyığan tutumu: 1.3 l
  • Filtr: Hava təmizləmə filteri
  • Güc: 1600 Vt
  • Sorma gücü: 350 Vt
  • Başlıqlar: Xalça, künc
  • Səs səviyyəsi: 82 db
  • Kabel uzunluğu: 6 m
  • Kabelin avtomatk yigilmasi: var
  • Ölçülər: Hündürlüyü / Eni / Dərinliyi: 23.8x28x39.5 sm
  • Çəki: 4.3 kq
  • Qablaşdırmaya daxildir: Şlanq, boru, fırça və başlıqla
  • Rəng: Mavi/qara
  • Zәmanәt: 1 il
Rəylər 5

Rəyinizi bildirin

5
Pərvanə
artıq alınıb
21 fevral 2023, 17:59

Ela

5
Saleh
13 fevral 2022, 16:30

Xırdalan filialı həqiqətən möhtəşəm,operativ,işini bilən və çox səliqəli kollektivlə xidmət göstərir. Hamınıza təşəkkür

5
Ruxsara
24 noyabr 2021, 13:50

əladır ,xidmətdə əladır Xırdalandakı filialdaki satıcılara 5 ball

5
Nicat Quluzadə
artıq alınıb
21 fevral 2021, 21:26

.

5
Vugar Babayev
artıq alınıb
25 iyul 2020, 01:43

Keyfiyyətli məhsuldur +

Məhsul
Farida
04 mart 2020, 13:05

Bu tozsoranlarin ayrica filteri satilir, olursa qiymetini qeyd edin zehmet olmasa

Satış məsləhətçisinin cavabı
04 mart 2020, 17:12

Salam Hörmətli Müştəri. Zəhmət olmasa (012)991 nömrəsi ilə əlaqə saxlayın. Müraciətiniz üçün təşəkkür edirik.

Kredit
Ramiz
16 dekabr 2019, 19:53

Salam. Bu məhsulu "Albalı Plus" kartı ilə 12 aya kreditlə götürsəm, 119 AZN-ə başa gələcək ya 149 AZN ?

Satış məsləhətçisinin cavabı
18 dekabr 2019, 09:28

Salam. Endirimlı qiymətlə yəni nəğd alış qiymətinə hesablanacaq. Hörmətlə

30 ENDİRİM
Konteynerli tozsoran SAMSUNG SC45 VCC4520S36/XEV
Konteynerli tozsoran SAMSUNG SC45 VCC4520S36/XEV
Qiymət
189.99
Hissə-hissə ödə
18 ay, ayda 11
Bir klikә al Sürətli sifariş