Qaytarılma və imtina şərtləri

Qaytarılma və imtina şərtləri

Sifarişin ləğvi
Müştəri sifariş etdiyi məhsul(lar)ın çatdırılmasından əvvəl istənilən vaxt sifarişi tam və ya qismən ləğv etmək hüququna malikdir. Bunun üçün müştəri şirkətin rəsmi əlaqə kanalları, o cümlədən 143 qısa nömrəsi, [email protected] elektron poçt ünvanı və rəsmi mağazalar vasitəsilə müraciət edə bilər.

Məhsuldan imtina
Məhsul istifadəçiyə təqdim edildikdən sonra imtina və qaytarılma Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
İstifadəçi aşağıdakı hallarda məhsuldan imtina edə bilər:
•    məhsul qüsurlu olduqda; 
•    sifarişə uyğun olmayan məhsul təqdim edildikdə; 
•    məhsulun təhvil alınması zamanı, təhvil almadan əvvəl aparılan baxış zamanı onun zədələndiyi aşkar edildikdə;
•    qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

Qaytarılma şərtləri
Qaytarılması nəzərdə tutulan məhsul aşağıdakı tələblərə cavab verməlidir:
•    məhsul istifadə edilməmiş, istismara verilməmiş və ilkin satış vəziyyətini (əmtəə görünüşünü) qoruyub saxlamalıdır; 
•    məhsulun üzərində olan etiketlər, plomb və istehsalçı nişanları zədələnməmiş olmalıdır; 
•    məhsulun orijinal qablaşdırması saxlanılmalı və zədələnməmiş vəziyyətdə təqdim olunmalıdır; 
•    məhsulun komplektasiyası tam olmalı (aksesuarlar, təlimat, texniki sənədlər və s. daxil olmaqla); 
•    məhsul ilə birlikdə təqdim edilmiş sənədlər (çek, qaimə, zəmanət talonu və s.) mövcud olmalı və məhsulun istehlak xüsusiyyətləri qorunmalıdır.

Çatdırılma xərcləri
•    Məhsulun qaytarılması istifadəçinin qərarı ilə (qüsur olmadan) həyata keçirilirsə, çatdırılma xərcləri istifadəçi tərəfindən ödənilə bilər; 
•    Məhsul qüsurlu və ya səhv təqdim edildikdə, qaytarılma ilə bağlı xərclər şirkət tərəfindən qarşılanır. 

Pul vəsaitinin geri qaytarılması
Qaytarılmış məhsul qəbul edildikdən və müvafiq yoxlamadan keçdikdən sonra ödəniş məhsulun alınması zamanı istifadə edilmiş ödəniş üsulu ilə geri qaytarılır.
Ödənişin geri qaytarılması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş müddətlər çərçivəsində həyata keçirilir.
Ödənişin geri qaytarılması prosesində banklar, ödəniş təşkilatları və digər üçüncü tərəflər iştirak etdikdə, vəsaitin istifadəçiyə çatdırılma müddəti həmin təşkilatların daxili prosedur və icra müddətlərindən asılı olaraq dəyişir. Bu hallarda ödənişin geri qaytarılması müddətinin uzanması şirkətdən asılı olmayan səbəblərlə bağlıdır.