About Us
Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.
1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 31 mağazada 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.
Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!
1994 Başlanğıc
Bakı şəhərində 200 kv.m sahədə 500-dən çox məhsulun satışının təşkil edildiyi ilk həyacanımız, ilk mağazamız fəaliyyətə başladı.
1995 Samsung Electronics
İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra uğurlarımızın sayı artmağa başladı. 1-ci ilimizdə “Samsung Electronics”-in Azərbaycanda rəsmi distribütoru olduq.
2000 Siemens Distribütor
Sıralarımıza “Siemens” kimi daha bir qlobal şirkət qoşuldu.
2001 Yeni brendlər
Yorulmadan uğurlara davam dedik və məişət texnikası istehsal edən “Groupe SEB” şirkətlər qrupunun “Tefal”, “Moulinex”, “Rowenta”, “Krups” kimi şirkətlərini distribütor sıralarımıza daxil etdik.
2003 Samsung Mobile
“Samsung Electronics”-lə davam edən uğurlu distribütor fəaliyyətinin ardından bu dəfə “Samsung Mobile”-ı distribütor sıralarımıza daxil etdik.
2007 Groupe SEB
“Groupe SEB” şirkətlər qrupu ilə uğurlu fəaliyyətin nəticəsi - tava və qazan istehsalı edən İtalyan brendi “Lagostina”-nın rəsmi distribütoru olduq.
2009 Yeni brendlər
“Pyrex”,“Siemens Gigaset”, “Hama”,“Valera”, “Microplane”, “Moneta”, “Whirpool”, “Magic”, “Termikel”, “Ema”, “Thomas”, ”Agfa”, ”Sonorous”, ”Ultimate”,”Beem” markalarını da distribütor sıralarımıza daxil etdik.
2010 Yeni brendlər
Mağaza vitrinlərimizi “Zwilling”, “Staub”, “BSF” , ”Alfi”, “Canon”, “Bosch”, “Olympus” və “Glen Dimplex” kimi şirkətlərin məhsulları bəzəməyə başladı.
2018 Ən böyük mağaza
Ölkəmizin və Qafqazın ən böyük elektronika və məişət texnikası mağazası adına iddialı ola biləcək mağazamızı istifadənizə verdik. Hipermarket deyə sinifləndirə biləcəyimiz bu mağazamızda sadəcə elektronika ilə kifayətlənməyərək alıcılara velosipedlər, fərdi nəqliyyat vasitələri, evini zövqlə bəzəmək istəyən xanımlar üçün isə tekstil, qab-qacaq və dekor əşyalarını təklif etdik.
2019 Yeni mağaza
Lənkəran şəhərində yerləşən, sayca 15-ci olan mağazamızın açılış qürurunu yaşadıq.Çox keçmədi və əhatə zəncirimizə bir həlqə daha əlavə etdik. Yeni mağazamız Xaçmazda fəaliyyətə başladı. Olduğunuz hər yeri əhatə etməli idik. Etdik! Paytaxtdan 370 km uzaqda Şəki şəhərində yeni mağazamız ilə sizin xidmətinizə gəldik.
2020 Yeni mağaza
Sizlərə daha yaxın olmaq üçün Şəkidə 2-ci mağazamızı xidmətinizə verdik. Digər bölgələrimizdən uzaq qalmamaq üçün Bərdə və Qubada, paytaxtda isə 28 may və Əhməd Rəcəblidə mağazalarımız fəaliyyətə başladı.
2021 Yeni mağaza
Əhatə zəncirimizi daha da genişləndirərək Gəncə və Şəmkirdə yeni filiallarımızı xidmətinizə verdik. İstəkləri və yüksək tələbləri nəzərə alaraq Lənkəran və Sumqayıtda ikinci, paytaxtda isə Ukrayna dairəsindəki yeni mağazamızın açılışını reallaşdırdıq.
2022 Yeni mağaza
Sizə hər nöqtədə, daha da yaxın ola bilmək üçün Nizami rayonu və Sumqayıt şəhərində yeni mağazalarımızı sizin xidmətinizə verdik! Daha geniş əhatədə sizə xidmət etmək üçün Neftçilər, Bərdə və Yeni Günəşli mağazalarını açdıq. Yeni konseptsual mağazamız Motoverse ilə sizi həyatın kefini sürməyə dəvət etdik. Arzulanan endirimlər üçün ilk "Qırmızı Şənbə" kampaniyasını təşkil etdik.
2023 Yeni mağaza
Gənclik mağazamızın açılışı ilə aramızdakı məsafəni azaltdıq. İsmayıllı mağazamızı yenilədik, daha böyük və daha yaxşı mağaza ilə xidmətinizə gəldik. İlin ilk "Qırmızı Şənbə" kampaniyasını reallaşdırdıq. İçərisində elektronika, ev əşyaları və Yataş Group-a məxsus “Divanev” brendinin yer aldığı Hökməli mağazamız ilə yeni rahatlığa imza atdıq.
2024 Təkan Fondu
Təkan Fondu, Baku Electronics MMC-nin əməkdaşlarının sosial rifahını artırmaq və onların həyat keyfiyyətini yüksəltmək məqsədilə 06 mart 2024-cü il tarixində yaradılmış dəyərli bir təşəbbüsdür. Bu fond, yalnız əməkdaşlara deyil, həm də onların ailə üzvlərinə dəstək verərək, sosial məsuliyyət anlayışını gücləndirir və əməkdaşlar üçün onların qayğısına qalan və güvəndikləri bir şəbəkə formalaşdırır.
2024 Yeni mağaza
"Baku Electronics" "Crescent Mall"da parlayacaq! Baku Electronics-in yeni mağazası artıq şəhərin ən nüfuzlu ticarət mərkəzlərindən biri olan Crescent Mallda! Müasir konseptdə dizayn edilmiş bu mağaza, elektronika, məişət texnikası və ev əşyaları sahəsində ən son yenilikləri sizə təqdim edəcək.
2024 BE Academy-nin açılışı
Biliklərin inkişafı, peşəkar bacarıqların artırılması və əməkdaşların, eləcə də yeni təhsil proqramı iştirakçılarının təlimi məqsədilə BE Academy tədris mərkəzinin açılışı baş tutmuşdur.
2025 İlk inklüziv kafe layihəsi “Kaşalata”
Baku Electronics, Bravo və Bosch-un dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan gənclərin məşğulluğuna və sosial inteqrasiyasına dəstək məqsədilə ilk inklüziv kafe layihəsi “Kaşalata” fəaliyyətə başlamışdır.
2025 Birbank tərəfdaşlıq mükafatı
Baku Electronics Birbank ilə birgə həyata keçirilən layihələr çərçivəsində “2025-ci ilin ən aktiv marketinq partnyoru” mükafatına layiq görülmüşdür. Bu mükafat yüksək etimad səviyyəsini, səmərəli tərəfdaşlığı və innovativ marketinq həllərinin inkişafı, eləcə də müştəri təcrübəsinin yaxşılaşdırılmasına yönəlmiş birgə təşəbbüslərin uğurlu nəticələrini əks etdirir.
2026 Benefit Club: yeni tərəfdaşlıqlar
Benefit Club çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq memorandumları imzalanmışdır. Layihə əməkdaşlara güzəştli şərtlərlə məhsul və xidmətlərdən yararlanmaq imkanı yaradır.
2026 “SİMA İmza” ilə mağazaya getmədən imzala
İndi “SİMA İmza” ilə Baku Electronics-də mağazaya getmədən müqavilələrinizi elektron şəkildə sürətli və təhlükəsiz imzalaya bilərsiniz.
2026 Baku Electronics" artıq partnyorlarımız sırasındadır!
“Miles&Smiles PASHA Bank” kartınızla "Baku Electronics"də ödəniş edin, hər 1 AZN üçün əlavə 1 mil qazanın və növbəti səyahətinizə bir addım daha yaxın olun✈️
