Müraciət və şikayətlərin təqdim olunma qaydası

Müraciət və şikayətlərin təqdim olunma qaydası

Şirkət fiziki və hüquqi şəxslərin müraciətlərinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxır və onların hüquq və qanuni mənafelərinin qorunmasını təmin edir.

Müraciətlər aşağıdakı prinsiplər əsasında araşdırılır:
•    qanunçuluq; 
•    obyektivlik və şəffaflıq; 
•    müraciət edənlərin hüquqlarına hörmət; 
•    ayrı-seçkiliyə yol verilməməsi; 
•    müraciətlərin vaxtında və əsaslandırılmış cavablandırılması. 

Müraciət kanalları
Müştərilər aşağıdakı vasitələrlə müraciət edə bilərlər:
•    Əlaqə Mərkəzi: 012-310-39-27 və ya 143 
•    Elektron poçt: [email protected] 
•    Şirkətin rəsmi internet saytı üzərindən onlayn müraciət 
•    Şirkətin fiziki mağazalarında yerləşən xidmət nöqtələrinə yazılı müraciət təqdim etməklə.

Müraciət üçün tələb olunan məlumatlar
Müraciətin operativ araşdırılması üçün aşağıdakı məlumatların təqdim olunması tövsiyə olunur:
•    ad, soyad; 
•    əlaqə məlumatları; 
•    müraciətin məzmunu və təsviri; 
•    zərurət olduqda sifariş, müqavilə və ya alışa dair digər məlumatlar. 

Müraciətlərin cavablandırılması
•    Yazılı və elektron müraciətlər iş günləri və iş saatları ərzində rəsmi qaydada cavablandırılır; 
•    Şifahi müraciətlərə cavab əsasən telefon vasitəsilə təqdim edilir; 
•    Müraciətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılır və cavablandırılır; 
•    Müraciətlərə cavab ümumilikdə 15 iş günü ərzində təqdim olunur, əlavə araşdırma tələb olunduqda bu müddət 30 iş gününədək uzadıla bilər.