Haqqımızda

Baku Electronics

Qurulduğumuz ilk gündən etimadınızı qazanmaq üçün çalışmışıq və bu gün ölkə üzrə geniş mağaza şəbəkəsinə malik elektronika pərakəndə satış şirkətlərindən biriyik.

1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda ölkə üzrə 32 mağazada, 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçirir, eyni zamanda internet mağazamız vasitəsilə müştərilərimizə onlayn alış-veriş imkanı təqdim edirik.

Müasir dünyanı və yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul təqdim etməkdən ibarət olmadığını öyrəndik. Telefonlar, smartfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel və ev dekoru məhsulları daxil olmaqla 15.000-dən çox məhsul çeşidi ilə müştərilərimizin gündəlik həyatında yer alırıq.

İşləri asanlaşdıran, yenilikləri daha əlçatan edən həllər təqdim etdiyimiz üçün bu gün də inkişaf etməyə və etimadı doğrultmağa davam edirik.

 

VERGİ ÖDƏYİCİSİNİN ADI:
"BAKU ELECTRONİCS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

TƏŞLİIATİ-HÜQUQİ FORMASI:
Məhdud Məsuliyyətli Cəmiyyət

DÖVLƏT QEYDİYYAT BARƏDƏ MƏLUMAT
Dövlət qeydiyyatına alındığı tarix: 09.02.2001
Dövlət qeydiyyat nömrəsi: 925

VÖEN:
1500046141

LİSENZİYA BARƏDƏ MƏLUMAT: 
Şirkətin fəaliyyəti üzrə xüsusi razılıq (lisenziya) tələb olunmur.

HÜQUQİ ÜNVAN: 
AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 168B, məhəllə 3066

ƏLAQƏ:
Çarğı mərkəzi: 143
E-poçt: [email protected]