İstehsalçılar

 
 
 

Baku Electronics haqqında

Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan Baku Electronics şirkəti 1994-cü ildən etibarən fəaliyyət göstərir.

Yarandığı zaman bir mağaza ilə fəaliyyətə başlayıb. 

Hal-hazırda Bakı ilə yanaşı Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə və Mingəçevirdə satış nöqtələri mövcuddur.

2018-ci il üçün toplam 14 mağazası var və 60-dan çox markanın Azərbaycanda distribyutorudur. 

Baku Electronics-in Azərbaycan alıcılarına təqdim etdiyi məhsullar başda Cənubi Koreya, Almaniya, Fransa olmaqla Dünyanın 10-dan çox ölkəsində istehsal olunur. 

1995-ci ildə “Samsung Electronics” in rəsmi distribyutorluq hüququna nail oldu. (məlumat üçün, son bir neçə ilə qədər Azərbaycanda rəsmi tək distribyutor idi). 

2000-ci ildə “Siemens” məişət texnikası və ev əşyalarının rəsmi distribyutorluq hüququna nail oldu.

 2001-ci ildə “Groupe SEB” şirkətlər qrupuna daxil olan “Tefal”, “Moulinex”, “Rowenta”, “Krups” kiçik ev əşyalarının rəsmi distribyutorluq hüququna nail oldu. 

2003-cü ildə “Samsung Mobile” in rəsmi distribyutorluq hüququna nail oldu. 

2006 - cı ildə “Samsung İS” in rəsmi nümayəndəliyini almaqla bərabər, “Samsung Electronics” in bütün sahələrinin rəsmi distribyutorluq hüququna nail oldu. 

2007 - ci ildə “Groupe SEB” şirkətlər qrupuna daxil olan İtaliya istehsalı “Lagostina” tava və qazan dəstlərinin rəsmi distribyutorluq hüququna nail oldu. 

2009-cu ildə “Pyrex”,“Siemens Gigaset”, “Hama”,“Valera”, “Microplane”, “Moneta”, “Whirpool”, “Magic”, “Termikel”, “Ema”, “Thomas”, ”Agfa”, ”Sonorous”, ”Ultimate”,”Beem” markaları ilə distibütorluq müqaviləsi bağlandı. 

2010-cu ildə isə “Zwilling”, “Staub”, “BSF” ,”Alfi”, “Canon”, “Bosch”, “Olympus”, “Glen Dimplex” markaları da “Baku Electronics” mağazalarında təmsil olunmağa başladı. 

2018ci ildə açılan Nərimanov mağazası Bakının, Azərbaycanın, həm də Qafqazın ən böyük elektronika və məişət texnikası mağazası adına layiq ola bilər. Elektronika və məişət texnikası hipermarketi adlana biləcək bu mağazada velosipedlərin, müxtəlif növ fərdi nəqliyyatr vasitələrinin, həmçinin Azərbaycan xanımlarının zövqünü oxşayacaq ev üçün tekstil, qab-qacaq və dekor əşyalarının da satışına başlayıb.




İllik Hesabatlar 2015 - Azərbaycan[endir] İngilis dilində[endir]

İllik Hesabatlar 2016- Azərbaycan[endir]