Apple AirTag (1 Pack), Model A2187 (MX532RU/A)
Məhsul kodu: 187661

Apple AirTag (1 Pack), Model A2187 (MX532RU/A)

Məhsul kodu: 187661
Qiymət
79.99
Ödəniş
  • Nağd
  • Visa/Mastercard
  • Taksit kartlar
  • Nisyə alış
Təhvil növü
  • Mağazadan götür
  • Kuryerlə çatdırılma
Zəmanət və servis

Onlayn al, Arxayın al!
30 gün müddətində istər dəyiş, istər qaytar!
Ətraflı oxu

Apple AirTag (1 Pack), Model A2187 (MX532RU/A)

AirTag - əşyalarınızı tapmağın super asan üsuludur. Bir AirTag trekerini açarlarınıza bərkidin, digərini çantanıza qoyun. İndi onlar “Find My” tətbiqinin xəritəsində əks olunacaq. Orada siz Apple cihazlarınızın, eləcə də dostlarınızın və ailənizin harada olması barədə məlumat tapa biləcəksiniz.
 
Siqnal sizi əşyalarınıza aparır.
İstənilən əşya öz yerində olmaya və sonra itə bilər. Məsələn, pulqabı. Lakin ona AirTag bərkidilibsə, hər şey çox sadədir. Daxili dinamikin səsi əşyalarınızın tapılmasına kömək edəcək. “Find My” tətbiqini açın, “Items” bölməsinə keçin və trekerinizdə səs siqnalını aktivləşdirin. Yaxud "Hey Siri, pulqabımı tap" deyin. Əgər o, yaxındadırsa - divanın altında və ya qonşu otaqda – siqnalın səsinə doğru gedin və onu tapacaqsınız.
 
Milyonlarla, milyonlarla dost sizə yardımçı olacaq.
Əşyanız çimərlik və ya idman zalı kimi uzaq yerdədirsə, “Find My” şəbəkəsi dünyanın hər yerində yüz milyonlarla iPhone, iPad və Mac-i əşyanın axtarışı üçün birləşdirəcək. Və onlar sizə AirTag-i tapmaqda kömək edəcəklər. Bu zaman məlumatlar anonim şəkildə ötürülür və məxfiliyin qorunması üçün şifrələnir.
 
Bu, necə işləyir?
AirTag trekeri “Find My” şəbəkəsi funksiyası aktiv olan yaxınlıqdakı cihazlar tərəfindən qəbul edilə bilən Bluetooth vasitəsilə etibarlı siqnal yayımlayır. Onlar sizin AirTag-in məkanını iCloud-a göndərəcəklər və trekeri “Find My” tətbiqindəki xəritədə görə biləcəksiniz. Məxfilik məqsədilə məlumatlar anonim ötürülür və şifrələnir. Bu xüsusiyyət olduqca enerji qənaətlidir və məlumatları səmərəli ötürür - batareyanın gücü və şəbəkə trafiki barədə narahat olmaya bilərsiniz.
 
İtmə rejimi. Əşyaları asanlıqla tapın.
Digər Apple cihazları kimi AirTag-i də itmə rejiminə keçirmək olar. Trekeriniz “Find My” şəbəkəsindəki başqa bir cihaz tərəfindən aşkarlandıqda avtomatik bildiriş alacaqsınız. Eləcə də AirTag-i məlumatlarınızı tapan şəxsə ötürəcək şəkildə də ayarlaya bilərsiniz. Tapan şəxs NFC ilə işləyən smartfonu AirTag-a toxundurmalıdır - bu, telefonla alış-veriş üçün ödəmə zamanı istifadə edilən eyni texnologiyadır.
 
Sizin məlumatlarınız təhlükəsizlikdədir.
Yalnız siz AirTag-in harada yerləşdiyini görə bilərsiniz. Məkan barədə məlumatlar və hərəkət tarixçəsi heç vaxt AirTag-də saxlanılmır. AirTag-in yerini sizə ötürən cihazlar bunu anonim şəkildə həyata keçirirlər. Göndərdikləri məlumatlar hər mərhələdə şifrələnir. Buna görə də Apple sizin AirTag-in harada yerləşdiyini və hansı cihazları tapmaqda kömək etdiyini bilmir.
 
AirTag arzuolunmaz izlənmədən qorumağı bacarır.
Başqasının AirTag-i əşyalarınız arasında ola bilər. Və əgər sizinlə birlikdə hərəkət etməyə başlayarsa, sizin iPhone bu barədə təcili məlumat verəcək. Bir müddətdən sonra bu AirTag-i aşkar etməsəniz, diqqətinizi cəlb edəcək səs siqnalı işə salınacaq.

Əlbəttə, əgər AirTag-i olan dostunuzla bir yerə gedirsinizsə və ya öz şəxsi AirTags-ləri olan insanlarla qatarda olsanız, narahat olmağınıza ehtiyac yoxdur. Bütün bu avtomatik siqnallar yalnız AirTag-in sahibi yaxınlıqda olmadıqda işə salınır.
 
Heyranedici sadəlik.
AirTag-i bircə toxunuşla ayarlayın – o, bir göz qırpımında iPhone və ya iPad cihazınıza qoşulacaq. Siz yalnız treker üçün ad seçməlisiniz və istədiyiniz əşyaya AirTag-i əlavə etməlisiniz. İndi o, itdiyi zaman onu asanlıqla tapa bilərsiniz. Apple Watch-da AirTag barədə bildirişlər almaq istəyirsiniz? Bu da mümkündür.
 
Uzun sürən batareya ömrü.
 
AirTag, özünüzün də asanlıqla dəyişə biləcəyiniz adi batareyada bir ildən çox işləyə bilər.1 Sizin iPhone isə bunu etmək üçün ən uyğun vaxt barədə məlumat verəcək.
 
Su problem deyil.
 
Təsəvvür edək ki, açara asılı AirTag suya və ya kiçik gölməçəyə düşüb. Bu, problem deyil. AirTag suya davamlıdır.2
 
1. Sınaq Apple tərəfindən 2020-ci ilin mart ayında proqram təminatının ilkin versiyası ilə işləyən AirTag kontrol nümunələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Cihazlar proqram təminatının ilkin versiyası ilə işləyən iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max, iPhone 12 mini, iPhone 12, iPhone 12 Pro və iPhone 12 Pro Max nümumələri ilə cütlənərək qoşulmuşdur. Batareya ömrü səs siqnalının hər gün dörd dəfə, Precision Finding funksiyasının isə gündə bir dəfə istifadə olunmasına nəzərən göstərilib. Batareya ömrü istifadə rejimi, ətraf mühit, dəyişilən batareya istehsalçısı və digər faktorlardan asılıdır; faktiki batareya ömrü qeyd olunandan fərqli ola bilər.
2. AirTag su sıçramasına, suya düşməyə və toza qarşı davamlıdır və xüsusi laboratoriya şəraitində, IEC 60529 standartlı IP67 indeksinin (30 dəqiqəyədək müddətdə 1 metrədək dərinlikdə saxlamaq mümkündür) tələblərinə uyğun olaraq sınaqdan keçirilmişdir. Su sıçramasına, suya düşməyə və toza qarşı davamlılıq daimi deyil və istifadənin səbəb olduğu normal aşınma nəticəsində azala bilər. AirTag cihazı suya düşərsə, onu təhlükəsiz istifadə kitabçasındakı təlimatlara əsasən silin və qurulayın.
3. Ultra Wideband texnologiyası yalnız müəyyən ölkələrdə və ya regionlarda mövcuddur.
Xüsusiyyətlər
  • Brend: Apple
  • Məhsul tipi: AirTag
Oxşar məhsullar
Rəylər 0

Rəyinizi bildirin

Apple AirTag (1 Pack), Model A2187 (MX532RU/A)
Apple AirTag (1 Pack), Model A2187 (MX532RU/A)
Qiymət
79.99
Hissə-hissə ödə
18 ay, ayda 5
Bir klikә al Sürətli sifariş