Simsiz tozsoran Samsung Jet 70 turbo VS15T7031R1/EV
Məhsul kodu: 164255

Simsiz tozsoran Samsung Jet 70 turbo VS15T7031R1/EV

Məhsul kodu: 164255
Məhsul bitib
Ödəniş
  • Nağd
  • Visa/Mastercard
  • Taksit kartlar
  • Nisyə alış
Təhvil növü
  • Mağazadan götür
  • Kuryerlə çatdırılma
Zəmanət və servis

Rəsmi zamanət.
14 gün ərzində məhsulun
dəyişdirilməsi və ya qaytarılması.
Rəsmi servis xidməti.

Simsiz tozsoran Samsung Jet 70 turbo VS15T7031R1/EV

Güvvətli və yüngül

Təkmilləşdirilmiş təmizlik texnologiyası.

"Yüngül, lakin güclü naqilsiz tozsoran ilə müxtəlif səthləri asanlıqla təmizləyin. İnverter mühərriki 150Vt-a qədər sorma gücü təmin edir. * Aerodinamik hava hərəkət sistemi hava axınını optimallaşdırır və multi-siklonlu hava filtrasiya sistemi ən kiçik toz zərrəciklərini belə tutub saxlayır.

Powerful, but light

*Bu məlumat şirkətin IEC62885-2 standartına uyğun şəkildə maksimum güclü tozsoran modeli ilə müqayisəli olaraq həyata keçirdiyi sınaqların nəticələrinə əsaslanır. Daxili sınaqların nəticələrinə əsasən.

Yüksək sorma gücü

İnvertor tipli mühərrik.

150 Vt-a qədər sorma gücü ilə effektiv təmizlik*. İnvertor tipli mühərrik xüsusi qanadcıq sayəsində havanın optimal axınını təmin edir. Bu, mühərrikin gücünü 410Vt səviyyəsinə qədər çıxarmağa imkan verir və nəticədə 150Vt- qədər sorma gücü yaranır*.

Strong suction power

*Məlumatlar Samsung şirkətində həyata keçirilmiş sınaqların nəticələrinə əsaslanır. Sorma gücünün ölçülən qiymətləri IEC62885-2 standartına əsasən həyata keçirilmiş sınaqlar nəticəsində əldə edilmişdir. Maksimum güc rejimində sınaqlar aparılarkən xüsusi ucluqdan istifadə edilmişdir. **Məlumatlar Samsung şirkətində aparılan sınaqların nəticələrinə əsaslanır. Sınaqlar IEC60335-1 standartına əsasən həyata keçirilmişdir.

Siklon tipli “Jet Cyclone” filtri

Yüksək effektivliyə malik “Jet Cyclone” siklon texnologiyası sayəsində tozsorandan çıxan hava təmiz olur və cihaz sorma gücünü sabit səviyyədə qoruyub saxlayır. Siklon sisteminin 27 dəliyi optimal hava axınını formalaşdırır və nəticədə sorma gücünün itkiyə getməsinin qarşısını alır. Eyni zamanda hava ən kiçik toz zərrəciklərindən təmizlənir.

Bütün növ səthlərin, örtüklərin effektiv şəkildə təmizlənməsi.

“Turbo Action Brush” başlığı

“Turbo Action Brush” başlığı həm xalçanın üzərindən, həm də bərk səthlərdən ən kiçik toz zərrəciklərini effektiv şəkildə təmizləyir. Başlığın rotorunun fırlanma sürəti dəqiqədə 3750 dövrdür*. Fırça 180 dərəcə dönür ki, bu da hərəkət istiqamətini asanlıqla dəyişdirməklə yanaşı otağın hər küncünün effektiv şəkildə təmizlənməsini təmin edir. Fırlanan barabanı cəmi bir hərəkətlə sökərək fırçanı asanlıqla təmizləyə bilərsiniz.

Powerful on carpets

* Min, Mid və Max (“Minimal”, “Orta” və “Maksimal”) rejimlərində həyata keçirilmiş sınaqların nəticələrinə əsasən. Faktiki nəticələr fərdi istifadə xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.

Daima təmiz hava

5 pilləli HEPA filtrasiya sistemi*

5 pilləli HEPA filtrasiya sistemi sayəsində təmiz hava ilə nəfəs alın*. Filtrin əsas siklonu və metal toru iri hissəcikləri, HEPA mikrofiltr isə ən kiçik toz zərrəciklərinin və allergiya törədicilərinin, o cümlədən 0,3-10 mikron*** böyüklüyündə zərrəciklərin 99,999 faizə** qədərini tutub saxlayır.

Releases clean air

* HEPA filtrasiya sistemi: Havanı yüksək effektivli filtrasiyadan keçirən sistem. ** IEC62885-2 standartına əsasən “Max” (Maksimal) rejimində sınaqdan keçirilmişdir. ***0,3-10 mikron böyüklüyündə zərrəciklər gözlə görünməyən zərrəciklərdir. Məsələn, yuyucu toz və ya kif zərrəcikləri.

Uzunömürlü, dəyişdirilə bilən batareya

Tək bir şarjla uzun müddət təmizlikdən zövq alın. Yüksək effektivliyə malik (1800 mAh-saat) batareya lazımi gücü 40 dəqiqə ərzində təmin edir. Akkumulyator 500 boşalma doldurma dövrəsindən sonra ilkin nominal tutumunun 70 faizə qədərini qoruyub saxlayır**. Bundan başqa onu ehtiyat batareya ilə dəyişdirərək təmizlik işlərinin müddətini 80 dəqiqəyə qədər uzada bilərsiniz.

Up to 40 minutes** cleaning

* Göstərilən iş müddəti mühərrikli başlıq taxılmamış vəziyyətdə sorma gücünün minimum səviyyəsinə aiddir. **5 il işlədikdən sonra batareya tutumu ilkin qiymətləndirmənin 70% -ni təşkil edir (tozsorandan ildə 100 dəfə istifadə edildiyi təqdirdə). 1 dövrə: 100 % dolu batareyanın tamamilə boşalması. Tozsoranın istismar qaydasından asılı olaraq ayrı-ayrı hallarda nəticələr fərqli ola bilər. Məlumatlar şirkətin həyata keçirdiyi sınaqların nəticələrinə əsaslanır.  *** Ayrıca aksessuar qismində əlavə batareya satın ala bilərsiniz.

İntuitiv idarəetmə

Rəqəmsal displey

Dəstəyə inteqrasiya edilmiş rəqəmli displeyə baxaraq tozsoranın optimal rejimdə işləyib-işləmədiyini asanlıqla müəyyən edə bilərsiniz. Həmin displey vasitəsi ilə tozsoranın vəziyyətini, o cümlədən cari gücünü və taxılmış başlığın tipini asanlıqla yoxlamaq mümkündür. Bundan başqa displeydə filtrin və ya fırçanın tıxana biləcəyi barədə xəbərdarlıq bildirişi göstərilə bilər.

 
Check with a glance

Erqonomik akkumulyator şarj stansiyası

“2-si 1-də” şarj stansiyası

İstənilən mənzilin dizaynı ilə uzlaşan “2s-i 1-də” şarj stansiyası sayəsində tozsoranın saxladığınız yerdə batareyanı doldurun. Şarj stansiyasını divara quraşdıra, tozsoranı da elə həmin nöqtədə divara bərkidə bilərsiniz və ya batareyanı ayrıca doldurmaq üçün istədiyiniz başqa nöqtəyə yerləşdirə bilərsiniz.

Flexible charger

Tamamilə yuyulub təmizlənən konteyner

Tozsoranınızın tozyığanını təmiz saxlamaq çox asan və sadədir. Multi-siklon sistemi də daxil olmaqla tozsoranı su ilə asanlıqla yuya bilərsiniz. Teleskopik quruluşlu xortumu tozsoranın korpusundan ayırmadan konteyneri asanlıqla açılıb çıxarmaq mümkündür.

 

Asan təmizləmə

 Asan təmizləmə

Sərt örtüklərin təmizlənməsi

“Soft Action” fırçası

“Soft Action” fırçası bərk örtüklərin və aralıq yerlərin, yarıqların kiçik hissəciklərdən effektiv şəkildə təmizlənməsini təmin edir. Fırçanın yumşaq valına antistatikliyi təmin edən gümüş tellər sarılmışdır. Fırça öz oxu ətrafında 180 dərəcə dönür ki, bu da hərəkət istiqamətini asanlıqla dəyişdirməklə yanaşı otağın hər küncünün effektiv şəkildə təmizlənməsini təmin edir.

Clean hard floors

Asan təmizləmə

Yüngülləşdirilmiş konstruksiya

Tozsoranın yüngül, idarəetməni asanlaşdıran, istifadə rahatlığını təmin edən, habelə biləklərinizə təsir edən yükü azaldan konstruksiyası sayəsində təmizlik sizin üçün daha asan məşğuliyyət olacaq. Çəkisi cəmi 1.48 kq olan tozsoran korpusu adi naqilsiz Samsung tozsoranlarından 21% daha yüngüldür *.

* Samsung VS8000 tozsoranı ilə müqayisədə. Korpusun çəkisi: VS7000 - 1,48 kq, VS8000 - 1,89 kq.

 
Effortless cleaning
Xüsusiyyətlər
  • Brend: Samsung
  • Məhsul tipi: Elektrik süpürgəsi
  • Təmizləmə növü: Quru
  • İdarəetmə növü: Elektron
  • İdarəetmə yeri: Üzərində
  • Tozyığan növü: Qab
  • Tozyığan tutumu: 0.8 lt
  • Filtr: Hepafiltr
  • Güc: 410 Vt
  • Sorma gücü: 150 W
  • Başlıqlar: Parket, mebel
  • Səs səviyyəsi: 86 dB
  • Kabelin avtomatk yigilmasi: yox
  • Ölçülər: Hündürlüyü / Eni / Dərinliyi: 250x1123x215 mm
  • Çəki: 2.6 kq
  • Qablaşdırmaya daxildir: Şarj cihazı
  • Rəng:
  • Zәmanәt: 1 il
Video
Oxşar məhsullar
Rəylər 2

Rəyinizi bildirin

5
Danny
17 aprel 2021, 17:08

Perfect stick Vacuum cleaner.
the strong suction power, easy to clean dusty bin even with washable bin, several options to control , lower noise that others.
I am fully satisfied with this machine since 09. 2020

5
Гюльнара
28 mart 2021, 02:04

Очень хороший пылесос. Долго не решалась брать. Купила и не пожалела. Лёгкий, хорошо всасывает мусор. Можно менять мощность всасывания, что очень экономит заряд батареи.

170 ENDİRİM
Simsiz tozsoran Samsung Jet 70 turbo VS15T7031R1/EV
Simsiz tozsoran Samsung Jet 70 turbo VS15T7031R1/EV