Batareyaları Baku Electronics-də utilizasiya et – təbiəti qoru!

Xəbərlər

Baku Electronics şirkəti korporativ sosial məsuliyyət layihələri çərçivəsində yeni bir proyektə start verir.

Hər tərəfimizin gündəlik istifadə etdiyimiz texnoloji cihazlarla əhatələndiyi bir dünyada texnologiyanın ətraf mühitə vura biləcəyi zərərlərin aradan qaldırılması üçün addım atmaq vacibdir. Çünki elektron cihazlar həyatımızı asanlaşdıran, yeri gələndə ona maraq qatan pozitivlərlə dolu olsalar da bu pozitivlərlə birgə onların çox təhlükəli, neqativ bir tərəfi də var: Batareyalar.

İstifadə edilmiş batareyaların təbiətə qarışması dəhşətli nəticələrə gətirib çıxara bilir.

Əlbəttə ki, biz batareyaları zibil qutularına atanda, onu ən azından küçəyə atmadığımız üçün doğru etdiyimiz düşünürük. Amma məsələ bu qədər sadə deyil. Zibilliyə atılan batareyaların tərkibindəki metal oksidləri, litium duzu və hətta qrafit kimi zərərli maddələr kütləvi zibilliklərdə müxtəlif digər tullantılar və torpaqla reaksiyaya girir. Təkcə batareyanın tərkibindəki metallar 100 ildən sonra tamamilə həll olunur. Digər maddələr isə ümumiyyətlə yoxa çıxmır və daim təbiətə zəhər yayır.  Bu zaman ərzində isə tək bir batareya ətrafındaki bitkiləri, ağacları və onlardan gələn meyvələri tamamilə zəhərləyə bilir. Hətta bu maddələr yeraltı sulara qarışır, bitki və heyvanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Nəticədə təbiət və əlbəttə ki, insan sağlamlığı üçün geridönülməz fəsadlar ortaya çıxır. 

Bu səbəbdən Baku Electronics şirkəti korporativ sosial məsuliyyət layihələri çərçivəsində yeni bir proyektə start verir. Bu tullantıların ətrafa zərərini minimuma endirmək üçün 10 mağazamızda batareyalar üçün xüsusi tullantı qabları ayrılıb. Həmin tullantılar daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəznində fəaliyyət gösətərən “Təhlükəli Tullantılar MMC”-yə göndərilir və yenidən emal prosesinə daxil edilir.

Siz tullantıları onlar üçün xüsusi ayrılmış qablara atmaqla batareyaların təkrar emalına və ən əsası sağlamlığımıza vurduğu zərərlərdən qurtulmağı mümkün edirsiniz.

Siz də təbiəti və onun bir parçası kimi canlıları qorumaq üçün bu layihəyə biganə qalmayın. İstifadə müddəti bitmiş batareyaları mağazalarımızda onlar üçün xüsusi ayrılmış qablara atın!

Baku Electronics artıq 27 ildir ki, alıcılar üçün yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməklə yanaşı, eyni zamanda mühüm əhəmiyyət kəsb edən zamanlarda sosial duyarlılığını nümayiş etdirmişdir. 44 günlük Vətən Müharibəsi dövründə Baku Electronics şirkəti YAŞAT fonduna, pandemiya dönəmində isə Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi olaraq dəstək olmuş, bu həssas dönəmlərdə müxtəlif xeyriyyə aksiyaları da təşkil etmişdir.

Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyaca tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 28 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı fəaliyyət göstərir.

Baku Electronics-in bütün yeniliklərini qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik.

 

Oxşar xəbərlər