“Baku Electronics” artıq Şəkidə!
Xəbərlər

Ölkəmizin elektronika və məişət avadanlıqları üzrə satış liderlərindən olan “Baku Electronics” Şəkidə yeni mağazasını açıb. Şəki şəhəri, Sabit Rəhman küç. 27-də yerləşən mağaza ən son texnoloji və məişət avadanlıqlarının satışını həyata keçirəcəkdir. Azərbaycanın sayca 8-ci ən böyük şəhəri olan Şəkidə “Baku Electronics”in 16-cı mağazası sakinlərə xidmət göstərəcəkdir. Artıq yerli sakinlərin elektronik avadanlıqlara olan ehtiyaclarını ödəmək üçün paytaxt və digər şəhərlərə üz tutmaqlarına ehtiyac qalmayacaq. Ən son, innovativ bütün məhsullar onların şəhərinə gəlir. Bol çeşid, endirimlər, möhtəşəm kampaniyalar ilə yerli sakinlərə xidmət göstərəcək mağaza paytaxt mağazaları ilə eyni üstünlükləri alıcılara təqdim edir. 

Yarandığı ilk gündən alıcıların etimadını qazanmış “Baku Electronics” hazırda 60-dan çox xarici brendin rəsmi distribütorudur. 16 mağazasının 7-si Bakı şəhərində digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə, Mingəçevir, Lənkəran və Şəkidədir. Yaxın zamanda isə Mərdəkanda və digər bölgərdə yeni mağazaların açılışı gözlənilir.






Oxşar xəbərlər