BOSCH - mühərrikə 10 il zəmanətlə

Xəbərlər

Mühərrikə 10 il zəmanətlə.

Bunu sadəcə pafos xatirinə demirik – həqiqətən zəmanət veririk! Mühərrikə növbəti 10 il üçün zəmanət veririk.

Bosch mühərrikli tozsoranlar üçün zəmanət şərtləri

Bizim avadanlığın zəmanətinə əlavə olaraq, biz Bosch mühərriki (bütün növ torbalı və torbasız silinderli tozsoranlar üçün uyğundur, yalnız 2 BGS05…/BGC05 seriyalı modellər istisna olmaqla) ilə təchiz olunmuş və 1 sentyabr 2019-cu il tarixindən etibarən alınan yeni avadanlıqlara aşağıdakı zəmanəti veririk. Zəmanətlə əlaqədar satan şirkətə qarşı müqavilə əsasında qaldırıla biləcək iddialar bu məsələnin təsirinə məruz qalmayacaq.

  • Biz, Robert Bosch Hausgerate GmbH, Carl-Wery-Strase 34, 81739 Münhen, Almaniya ünvanında yerləşirik. Bosch mühərrikində istehsalat və ya material səbəbindən aydın görünən qüsur hallarına zəmanət veririk.

  • Tozsoran üçün ödəniş etdiyiniz ilk gündən etibarən növbəti 10 il müddətinə zəmanət veririk. Zəmanətlə bağlı iddianız olarsa həmin müddətdə müraciət etməyiniz gərəkdir. Bunun üçün ödəniş qəbzinin əslini müştəri xidməti mərkəzinə göndərmək gərəkdir. Ünvan təlimat vərəqində qeyd olunur.

  • Yuxarıda 1-ci bənddə qeyd olunanlara baxmayaraq, mühərrikdəki qüsur yanlış qaydada, qeyri-ev işlərində və ya təlimat qaydalarından kənar formada istifadə səbəbindən əmələ gəldikdə zəmanətlə bağlı öhdəlik yerinə yetirilmir. Avadanlıq səlahiyyəti olmayan şəxs tərəfindən təmir edilərsə və ya ona müdaxilə olunarsa zəmanət öhdəliyi qüvvədən düşmüş hesab olunur.

  • Zəmanətlə bağlı iddia qaldırıldığı halda qüsurlu Bosch mühərriki təmir olunur və ya yenisi ilə əvəz edilir. Avadanlıqların əvəz olunmuş hissələri bizim inventara çevrilir.

  • Zəmanətlə bağlı hər hansı xidmət zəmanətin müddətini uzatmır və yeni zəmanət müddəti formalaşdırmır.

  • Bu zəmanət sonrakı iddialara səbəb olmur. Qanunla müəyyən olunmuş hüquqlar uyun gəldiyi halda qorunur.

  • Bu zəmanət şərtləri 1 sentyabr 2019-cu il tarixindən etibarən alınan bütün növ torbalı və torbasız, silinderli, Bosch mühərrikli tozsoranlara aiddir. Yalnız 2 GS05…/BGC05 seriyalı modellər istisna olmaqla.

  • Bu zəmanət yerli hüquq və qanunvericiliyə tabedir.

 

Oxşar xəbərlər