Baku Electronics ödənişlərinizi Miles&Smiles kartı ilə edin, Baliyə səyahət şansı qazanın!

Xəbərlər

Baku Electronics-də olan ödənişlərini Miles&Smiles kartı ilə edən müştərilər Paşa Bankdan Baliyə səyahət şansı qazanacaq.

Baku Electronics tərəfindən əlavə 1 mil (məs. 100 azn məhsul aldıqda 100 mil) qazanacaqlar. Toplanan miller əsasinda Bankın “Türk Hava Yolları” Şirkəti ilə əməkdaşlığı çərçivəsində kart sahiblərinə müəyyən güzəşt və imtiyazlar verilir.

Kampaniyanın müddəti:
21.10.2019 - 21.12.2019

Kampaniya qalibinə təqdim olunacaq mükafat:
İndoneziya, Bali adasına 2 nəfərlik 2 tərəfli səyahət bileti.

Kampaniyanın şərtləri

  • Kampaniyada iştirak etmək üçün PAŞA Bank Miles&Smiles kartı ilə PAŞA Bankın partnyor şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək və əlavə millər qazanmaq lazımdır. Əldə edilən millərin sayına görə bir müştəri qalib təyin olunacaq.
  • Millərin hesablanması zamanı bir və daha çox şəxsin mil sayı bərabər olarsa, bu mil sayına çatan ilk şəxs qalib seçiləcək.
  • Qalib olan şəxs səyahət üçün pasport statusunun etibarlı olmasından əmin olmalı, viza prosesini uğurlu şəkildə başa vurmaq üçün bütün viza tələblərini qarşılamalıdır. Bu prosesin həyata keçiriliməsində PAŞA Bank və Türk Hava Yollarının müstəsna heç bir rolu mövcud deyildir.
  • Biletlər əldə edildikdən sonra bir il ərzində istifadə edilə bilər.
  • Biletlərin rezervasiyası aşağıda qeyd edilən tarixlərdə uçuş sıxlığının yaşanması səbəbindən mümkün deyildir: 21.12.2019 - 05.01.2020 və 20.03.2020 - 29.03.2020.
  • Biletlərin rezervasiyası və onların qalib şəxsə təqdim edilməsi Türk Hava Yollarının Bakıdakı satış ofisi tərəfindən həyata keçiriləcəkdir.
  • Biletlərin istifadə müddəti və yaxud səyahət müddətinin (müştəri tərəfindən təsdiqlənən) uzadılması qeyri-mümkündür.
  • Biletlərin nağd pula dəyişdirilməsi, biletlərin istiqamətinin dəyişdirilməsi və transfer edilməsi mümkün deyil.
  • Qalib şəxs tərəfindən biletlərə əlavə olunacaq baqaj xərci və yaxud digər xərclərə görə hər iki tərəf (PAŞA Bank və Türk Hava Yolları) məsuliyyət daşımır.
  • Ümumi, tibbi və digər xərclər PAŞA Bank və Türk Hava Yolları tərəfindən qarşılanmır.
  • Türk Hava Yolları ehtiyac yarandığı halda hüquq və qaydalara dayanaraq öz siyasətini həyata keçirmək hüququnu özündə saxlayır.

 

Oxşar xəbərlər