30 GÜN ƏRZİNDƏ GERİ QAYTARMA VƏ DƏYİŞDİRMƏ

Xəbərlər

Əgər onlayn aldığın məhsuldan razı qalmasan, alış tarixindən etibarən 30 gün ərzində məhsulu dəyişə və ya geri qaytara bilərsən.

Məhsulu geri qaytarmağın ən sürətli və asan yolu onu mağazaya gətirməkdir. Bu zaman məhsulu yerindəcə qaytara və ya istədiyin məhsul anbardadırsa, dərhal seçdiyin məhsulla dəyişdirə bilərsən.

Qeyd edək ki, qaytarılan və ya dəyişdirilən məhsulun vəziyyətinin qaydalara uyğunluğu yoxlanılır.

Xüsusi şərtlər:

  • Gigiyenik vasitə hesab edilən məhsullar (epilyatorlar, elektrikli təraş maşınları, fenlər, saç qurutma fenləri, fen fırçaları, saç maşaları, diş fırçaları və s.) istifadəçi hesabı aktivləşdirilmiş məhsullar, aktivləşdirilmiş/yenilənmiş/dəyişdirilmiş proqram təminatı olan məhsullar proqram təminatı aktivləşdirilmiş məhsullar, aktivləşdirilmiş/yenilənmiş məhsullar zavod qüsuru olmadığı təqdirdə geri qaytarıla və ya dəyişdirilə bilməz.
  • Apple məhsulları və aktivləşdirilmiş istifadəçi hesabları olan Xiaomi mobil telefonlarının dəyişdirilməsi və geri qaytarılması həyata keçirilmir.
  • Qutudan çıxarılan bütün məhsullar sürətli diaqnostikadan keçirilir, məhsullarda hər hansı zədə olarsa, əlavə geri götürmə haqqı tətbiq olunur. Bəzi əşyalar (daşınmada yarana biləcək nasazlığa görə) alıcının ünvanında diaqnostika olunmalıdır.
  • Qablaşdırmasız təhvil zamanı geri götürmə haqqı məhsul dəyərinin 5 %-ni təşkil edir. Diaqnostikadan sonra əlavə ödənişlər tətbiq oluna bilər.

Müştəri Xidmət Nöqtələri

Diqqət!

  • Məhsulu geri qaytararkən bütün orijinal, zədələnməmiş qablaşdırma və digər əlavələr də (təlimatlar, zəmanət kartları və orijinal qablaşdırmaya daxil olan digər əşyalar) qaytarılmalıdır.
  • Geri qaytarılan məhsulda çatışmayan əşyalar istifadə edilmiş komponentlər yenidən satışa uyğun hesab edilmir. Bu zaman müvafiq geri götürmə haqqı tələbi və ya ümumiyyətlə geri qaytarmadan imtina mümkündür.
  • Qaytarma prosesi zamanı bəzi məhsulların əlavə diaqnostikaya ehtiyacı ola bilər, bu halda əlavə vaxta ehtiyac olması ilə bağlı müştəriyə məlumat verilir. Diaqnostika bitdikdən dərhal sonra müştəri ilə yenidən əlaqə saxlanılır. Xatırlatmaq istərdik ki, əgər diaqnostika nəticəsində zavod qüsurları aşkar edilməsə və məhsulda istifadə əlamətləri aşkarlanarsa, onu geri qaytarmaq və ya dəyişdirmək mümkün olmayacaq.

BÖYÜK KAMPANİYALAR ZAMANI GERİ QAYTARMA PROSESİ

Mağaza trafikinin yüksək olmasına görə biz Qırmızı Şənbə, “Black Friday”və digər böyük kampaniyalar zamanı mağazadaxili qaytarma, mübadilə və ya qiymət hesablamalarını edə bilmirik. Əgər müvafiq kampaniya zamanı mağazaya yaxınlaşmaq istəsən, sosial media hesabları, veb-sayt və ya 143-dən geri qaytarma və dəyişdirmə günləri ilə bağlı məlumat əldə edə bilərsən.

GERİ GÖTÜRMƏ HAQQI

Baku Electronics aşağıda qeyd olunan hallarda geri götürmə haqqını tələb etmək hüququnu özündə saxlayır. Geri qaytarılan məhsulda zədələnmə və ya baxımsızlıq qeydə alınarsa, müvafiq şəraitdən asılı olaraq geri götürmə haqqı tələb edilə bilər.

GERİ QAYTARMA VƏ DƏYİŞDİRMƏ QAYDALARI

Əksər məhsullar üzrə standart qaytarma və dəyişdirmə qaydalarımız bəzi istisnalar olmaqla orijinal qəbzlə satın alındığı tarixdən etibarən onlayn satışlar üçün 30 gündür.

Geri qaytarma və dəyişdirmə məntəqələri Bakı və Sumqayıt ərazilərində yerləşir. Məhsulun geri qaytarılması və dəyişdirilməsi üçün alıcılar bu şəhərlərdə yerləşən məntəqələrə yaxınlaşa bilərlər.

Aşağıda müvafiq məhsulunuzun geri qaytarma müddəti, şərt və tələbləri ilə tanış ola bilərsən.

BATAREYA, ŞARJ CİHAZLARI VƏ S.

KOMPÜTER, NOTBUK, PLANŞET VƏ AKSESUARLAR

Baku Electronics-dən alınmış, açıldıqdan sonra işə düşməyən, zavod qüsuru olan və ya hələ də açılmamış qutuda olan yeni masaüstü kompüterlər, notbuklar və ya planşetlər satın alındıqdan sonra 30 gün ərzində geri qaytarıla və ya dəyişdirilə bilər.
Müştəri tərəfindən zədələnmiş, hər hansı bir hissəsi əksik olan və ya müştərinin müdaxiləsi nəticəsində satışa uyğun olmayan vəziyyətə düşən məhsullar üçün isə geri götürmə haqqı tələb edilə bilər.
Bütün kompüter və planşetlər geri qaytarılmadan əvvəl zavod parametrlərinə sıfırlanmalı və daxil olunan hesablar, şifrə və s. kimi məlumatlar silinməlidir.

OYUN VƏ AKSESUARLAR




QULAQLIQLAR

 

 

AĞILLI EV CİHAZLARI

SMARTFONLAR VƏ İNTERNET BAĞLANTISI İLƏ İŞLƏYƏN DİGƏR CİHAZLAR

Geri qaytarma müddəti və şərtlər.

Cihazın səni tam qane etmirsə, aşağıdakı şərtlərə uyğun olaraq məhsulu dəyişdirə və ya qaytara bilərsən:

  1. Məhsulu aldıqdan sonra 30 gün ərzində cihazı geri qaytara və ya dəyişdirə bilərsən.
  2. Məhsulu geri qaytarmaq üçün cihaz və orijinal qəbz ilə Müştəri Xidmət Nöqtələrinə yaxınlaşmalısan.
  3. Cihaz bütün orijinal qablaşdırma, təlimat və aksesuarlarla birlikdə satışa uyğun vəziyyətdə olmalıdır.
  4. Cihazda istifadə əlaməti aşkarlanmamalıdır.
  5. Cihazı geri qaytarmazdan əvvəl çəkilən bütün xidmət haqlarına görə müştəri məsuliyyət daşıyır. IPhone və Xiaomi məhsulları açıldıqdan və ya aktivləşdirildikdən sonra dəyişdirilə və ya geri qaytarıla bilməz.(Android™ istifadəçiləri cihazı geri qaytarmazdan əvvəl FRP - Zavod Sıfırlanması Qoruma funksiyasını söndürməlidir).
  6. Məhsuldan bütün məlumat və tətbiqlər silinməlidir. Unutma ki, geri qaytarılan məhsullarda qalan heç bir məlumat üçün məsuliyyət daşımırıq.
  7. Xahiş edirik nəzərə alasan ki, məhsulda sən tərəfdən yaradılan kiçik qüsurlara görə geri götürmə haqqı tətbiq edilə bilər.

DİNAMİKLƏR, PORTATİV VƏ EV AUDİOSU

OYUNCAQLAR VƏ QACETLƏR

TV, EV TEATRI VƏ AKSESUARLAR

GEYİNİLƏ BİLƏN MƏHSULLAR VƏ SAĞLAMLIQ KÖMƏKÇİLƏRİ

HƏDİYYƏ KARTLARI

Baku Electronics xəbərdarlıq etmədən bu şərtləri dəyişdirmək hüququnu özündə saxlayır. Anlaşmazlıqlar və ya uyğunsuzluqlar olduqda “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanunu əsasında “Qaytarma və Mübadilə Şərtləri” üstünlük təşkil edir.

 

Oxşar xəbərlər