Orta seqmentdə yüksək performans - Xiaomi Redmi Note 11

İcmallar

Qarşınızda orta seqmentin ən məhşur seriyasının yeni oyunçusu: Xiaomi Redmi Note 11. Hər il olduğu kimi bu il də yeni Redmi Note modeli yuxarı seqmentin bacarıqlarını, daha aşağı qiymətə təklif edir. Bəs bu təklifə nələr daxildir? 

Redmi Note 11-in dizaynı Note 10-la kifayət qədə bənzərdir amma bu dəfə kamera modulu üzərində əlavə rənglər yoxdur. Eyni zamanda korpus da artıq parlaq yox matdır. Bu iki kiçik fərqli detal birləşərək smartfonun ümumi görüntüsünü daha səliqəli və bir qədər də kəskin edir.

Ekrana gəldikdə isə bizi yüksək keyfiyyətli görüntüləri və canlı rəngləri ilə daim təəccübləndirən Amoled displeyi görürük. 

5000 mAh ölçülü nəhəng batareya Redmi seriyasının uzunömürlü istifadə müddəti ənənəsini davam etdirir. Cihazdan tək şarjla normal istifadədə 2 gün yararlanmaq mümkündür. 33W fastcharge funksiyası isə Redmi Note 11-i 0-dan 100 faizə cəmi 60 dəqiqəyə tam şarjla doldurmağa imkan verir.

1.8f diafraqmalı 50MP əsas kamera bu qiymət səviyyəsində nadir tapıntıdır. Kameranın xüsusilə qaranlıq olmayan məkanlarda çəkdiyi görüntülərin keyfiyyəti də bu nəticələrin təsadüfi olmadığını göstərir.

Lens rəngləri qarışdırmır və kəskinlik məsələsində də kifayət qədər uğurludur. Hava qaraldıqda isə çəkilişlərdə keyfiyyətin düşməsini görmək mümkündür. Video çəkilişlərində təəccüblü birşey yoxdur, gündüz çəkilişləri yüksək səviyyədə olsa da axşam vaxtı təbii olaraq keyfiyyət enir.

Redmi Note 11-in Selfie kamerası Xiaomilərdə görməyə alışdığımız 8MP-lik lensdir. Kamera yeni deyil, amma bu qiymət aralığında bu keyfiyyəti verən beləsi olmadığı üçün şirkət yeniləməyə ehtiyac duymayıb.

Redmi Note 11-ə güc verən çipset Snapdragon 680-dir. 6 nanometrlik bu çipset yeni texnologiyalar hesabına əvvəlki modeldən 20 faizə qədər daha az enerji sərf edir. Cihazın istifadə etdiyi ekran kartı Adreno 310-dur. Bu CPU və ekran kartı kombinasiyası PubG və Call of Duty kimi məhşur oyunları rahatlıqla oynamağa imkan verir. Çipset özü performans testlərində seqment üçün əla nəticələr göstərir. 6GB RAM dəstəyi ilə Snapdragoon 680 heç bir donma və ya tutulmasız rahat isifadəyə imkan yaradır.

Xiaominin bu yeni modeli Redmi Note reseptini uğurla davam etdirir. Uğurlu çipset, yüksək səviyyəli ekran, böyük və uzunömürlü batareya. Hamısı birlikdə, ən əlverişli qiymətə.

Xiaomi Redmi Note 11 və digər smartfonları əldə etmək üçün bakuelectronics.az saytına və ya filiallarımıza müraciət edin.

Oxşar xəbərlər